“Gənclər Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir”
Tarix: 19.03.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Mirhəsən Seyidov: “Artıq biz gənclər özümüz üçün haradan gələn məlumatın doğru olduğunu qərarlaşdırmışıq”

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Məhz buna görə də Azərbaycan dövləti yenidən müstəqilliyinə qovuşandan sonra gənclərin təşkilatlanması məsələsini xüsusi diqqətdə saxlayıb. Bu məqsədlə dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilib.
Belə ki, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülüb. Eyni zamanda bir sıra dövlət proqramları həyata keçirilib. Bunun nəticəsidir ki, bütün dövlət orqanlarında gənclər irəli çəkilir. Ayrıca, ildən-ilə gənclərin ictimai-siyasi fəallığı artmaqdadır. Elə müsahibmiz də həmin fəal gənclərdən biri olan Mirhəsən Seyidovdur:
- Mirhəsən müəllim, dövlətin bu gün apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətin apardığı gənclər siyasəti gənclərin bir çox sahəsini əhatə edir. Qiymətləndirmə və monitorinq daha böyük anlayışdır. Dövlətin apardığı gənclər siyasətində ən böyük rola gənclər təşkilatları və qeyri-hökumət təşkilatları malikdir. Silsilə tədbirlər, keçirilmiş layihələr gənclərin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində atılmış addımlardan biridir. Ümumi məsələyə diqqətlə baxsaq, keyfiyyət göstəricisi şkalası yaxşı işləyir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Gəncin öz potensialının dəyərləndirilməsi və ya xüsusi bacarıqlarının ortaya çıxarılmasında bu kursun əhəmiyyəti böyükdür, amma ondan daha böyük bir amil var ki, bu da gəncin sağlam düşüncə ilə artıq formalaşmaq istədiyi cəmiyyəti seçə bilməsidir: idmançı olacaq, elm adamı olacaq, gənclər fəaliyyətində iştirak edəcək, yoxsa bank işçisi olacaq və s. Bu qərarları gənc özü formalaşdıracaq. Ondan sonra gənclər siyasəti kursu daha açıq formatda formalaşmağa yardımçı olacaq. Kurs gəncləri öz potensiallarından istifadə etməyə imkanlar yaradıb.
- Gənclər ictimai-siyasi işlərdə hansı fəallıq göstərirlər?
- Bu gün gənclər Azərbaycan cəmiyyətinin aparıcı qüvvələridir. Siyasi amillər vasitəsilə meydana çıxan gənclik də var, oturduğu yerdən hər bir şeyə reaksiya verən, bütün ictimai-siyasi proseslərdə iştirak edən gənclik də. Gənclik hər yerdə var... Azərbaycan Prezidentinin ətrafında toplaşan gənclik dövlətçiliyimizə qarşı fəaliyyət göstərən qüvvələrin cavabını birbaşa verir. Bu gənclik Azərbaycanın birbaşa ictimai-siyasi həyatına təsir etmək gücünə malikdir.
- Demək olarmı, müxalifət öz mənafeləri naminə bir qrup gənci azdırmağa çalışır?
- Gənclər çox böyük anlayışdır, onlar hər yerdə var, onlar hər bir prosesdə yer alırlar, onlar istədikləri bir çox amilləri düşünərək və düşünmədən qərar vermək hüququna malikdirlər. İstəməsələr, çirkabda olmayacaqlar. Sadəcə olaraq biz cəmiyyətdə mövcud olan bir çox problemləri daha tez qabartmağı və bu problemlərdən irəli gələn məsələləri tez bir zamanda şişirtmək gücünə malik olan bir gəncliyik. Sosial innovasiyaların daha da təkmilləşdiyi yolda sosial şəbəkələr birbaşa buna vasitəçilik edir. Artıq biz gənclər özümüz üçün hardan gələn məlumatın doğru olduğunu qərarlaşdırmışıq. Ordan gələn məlumatı düzgün hesab edir və bunun arxasınca gedirik. Çirkaba bulaşan gənclik yoxdur, sadəcə mövcud problemi düzgün dəyərləndirməyən və analiz etmədən qərar verməyən gənclik var. Bu da bir çox problemlərin yaranmasına əsas verir.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Bunun üçün bütün gənclərə bir amili dərindən düşünməyi məsləhət görmək istərdim. “Analiz etmək” amili çox vacibdir. Əks təqdirdə antimilli qrupların hədəfləri gəncləri qabaqlaya bilər. Biz məqsədli şəkildə sağlam düşüncə ilə meydana da çıxmağa, aksiya da keçirməyə, Azərbaycanın milli maraqlarını qorumağa da, Qarabağ uğrunda döyüşə də hazır bir gəncliyik. Sadəcə analiz edək. Bütün ictimai-siyasi proseslərə diqqətlə yanaşaq.
- Bu gün gənclərimiz Prezidentin ətrafında nə dərəcədə toplaşa biliblər?
- Bu gün gənclər ulu öndər Heydər Əliyevin Azərbaycanda dayaqlarını qurduğu və cənab Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində istənilən sektorda, yerli və beynəlxalq aləmdə, Azərbaycan nüfuzunun qorunması istiqamətində, beynəlxalq arenalarda layiqincə təmsil olunur və bayrağımızın ən uca zirvələrdə dalğalanmasında rol oynayırlar. Heç təsadüfi deyil ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mehriban xanım Əliyevanın başçılığı ilə keçən il ölkəmizdə keçirilən “Evrovision” mahnı müsabiqəsi 2012-ci il bütün dünyaya səs salıb və ölkə gənclərinin fəal iştirakı təmin olunub. Uğurlarımız saymaqla bitməyəcək dərəcədədir. Bu səbəblərdən gənclərə yaradılmış imkanlardan dolayı ən aktiv və öndə gedən gənclik cənab Prezident İlham Əliyev ətrafında sıx birləşib və hər bir zaman Azərbaycan uğrunda ən önəmli addımları atmağa və qərar qəbulu prosesində iştirak etməyə hazırdır.

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info