“Trabzonspor”da müntəzəm forma geyinmək istəyirəm”
Tarix: 29.09.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Trabzonspor”la 2020-ci ilə qədər müqaviləm var. Bu müddət inkişaf etməyim üçün kifayət qədər uzundu”.
Bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib. Yay fasiləsində “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçən gənc futbolçu hələlik heyətə düşməkdə çətinlik çəkir. Şeydayev yalnız Türkiyə Kubokunun I mərhələsi çərçivəsində “Ardahanspor”la (6:0) matçda meydana çıxıb və 1 qol vurub. Superliqada hələ debüt etməyən 20 yaşlı forvard Trabzon qəzetlərindən birinə açıqlamasında komandanın daimi oyunçusuna çevrilmək istədiyini söyləyib: “Düzdür, “Trabzonspor”la uzunmüddətli müqavilə imzalamışam. Ancaq mən heyətə düşmə müddətini tezləşdirərək “Trabzonspor”da müntəzəm forma geyinmək istəyirəm. Bunun üçün üzərimdə çalışmalı olduğumu bilirəm. Komandada gözəl atmosfer hökm sürür. Uğur qazanmaq üçün hamı bir-birinə kömək edir. Əsl ailə ab-havası içindəyik. Bura gəlməyimə peşman deyiləm. Böyük xəyallarım var və bunu ən yaxşı halda “Trabzonspor”da həyata keçirə bilərəm”. Qəzetin “Azərbaycanlı Ramil” başlığı ilə dərc etdiyi yazıda o da qeyd edilib ki, Şeydayev Rusiyanın aşağı yaş qrupu yığmalarında çıxış etməsinə baxmayaraq, klubda azərbaycanlı olduğunu bildirib və ona rus deməmələrini xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info