Nobel mükafatçısı ilə görüş keçirilib
Tarix: 29.09.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatçısı, nigeriyalı yazıçı Vole Soyinka ilə görüş keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görüşdə Vole Soyinkanın mübarizələrdə keçən həyatı və azadlıq eşqilə dolu yaradıcılığı haqqında ətraflı danışıb. Vole Soyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Akademik İsa Həbibbəyli Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bidirərək yazıçını həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə geniş və əhatəli söhbət açıb.
Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı Vole Şoyinkaya xatirə hədiyyələri təqdim edib.
Nobel mükafatı laureatı Vole Soyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Səhifələrində Vole Şoyinkadan da bəhs edilən “Ədəbi Nobel antologiyası” əsərinin müəllifi Nadir Əbdülrəhmanlı, institutun elmi əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.
Yazıçı görüş iştirakçılarının onun yaradıcılığna maraq ifadə edən suallarını cavablandırıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün Vole Soyinka akademik İsa Həbibbəyliyə xüsusi minnətdarılığını bildirib.
Sonda görüş iştirakçıları Vole Soyinka ilə xatirə şəkilləri çəkdirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info