Qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir
Tarix: 29.09.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Fərdi yaşayış mənzili 2013-cü il yanvarın 1-dək tikilibsə və vətəndaşın ancaq torpaq mülkiyyəti haqqında sənədi varsa, ondan hər hansı layihə və ya digər bir sənəd tələb olunmayacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihələri müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. O qeyd edib ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanun layihəsi “Əmanətlərin sığortalanması” haqqında qanunun 17-ci maddəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb. Qeyd olunub ki, “Dövlət borcu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” maddəsi əlavə ediləcək. Komitə sədri qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliklərə əsasən Qanunun 5.3-cü maddəsinə əsasən “Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar” - məzmununda ikinci cümlə əlavə ediləcək. Həmçinin 17.4-cü maddədə “çatdırılmasına” sözü “çatdırılmamasına” sözü ilə əvəz ediləcək. 21.3-cü maddədə “aparılması” sözü “aparılmaması” sözü ilə, “istifadəsinə” sözü “istifadə edilməməsinə” sözləri ilə, “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz ediləcək. Bildirilib ki, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və bu vəsaitlərin başqa məqsədlər üçün xərclənməsinə yol verilməməlidir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. İclasda qeyd olunub ki, qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir.

Büdcədənkənar dövlət fondlarının vəsaitini təyinatı üzrə xərcləməyənlər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar

Bununla bağlı məsələlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərdə əksini tapıb. Nəzərdə tutulan dəyişikliyə əsasən, əgər vətəndaşın fərdi yaşayış tikintisi üçün torpaq mülkiyyəti varsa və onun tikintinin həyata keçirilməsi ilə bağlı layihə sənədləri yoxdursa belə, onların tikdikləri yaşayış evinə hər hansı bir sənəd tələb olunmayacaq. Fərdi yaşayış mənzili 2013-cü il yanvarın 1-dək tikilibsə və vətəndaşın ancaq torpaq mülkiyyəti haqqında sənədi varsa, ondan hər hansı layihə və ya digər bir sənəd tələb olunmayacaq. Tikilən yaşayış evinə sənəd veriləcək. Müzakirələrdən sonra dörd məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info