UNEC-də beynəlxalq konfrans
Tarix: 29.09.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Konfrans çərçivəsində UNEC-lə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində ikili diplom razılaşması əldə edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. UNEC və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunub. Beynəlxalq tədbirə12 ölkənin 54 universitetindən 187 nümayəndə heyəti qatılıb.
Konfransı giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salaraq, bu dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkənin gələcək iqtisadi inkişafı qeyri-neft sektoru ilə sıx bağlıdır: “Qeyri-neft ixracını artırmaq üçün qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir”. Konfransın əhəmiyyətinə xüsusi diqqət çəkən Ə. Muradov qeyd edib ki, beynəlxalq konfransda Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bir sıra mövzular, eləcə də dünya iqtisadiyyatında baş verən proseslər və onların həlli yolları müzakirəyə çıxarılacaq. Rektor onu da əlavə edib ki, mövcud problemlərin həlli yolları təkcə iqtisadçılardan deyil, eyni zamanda elm xadimlərinin, alimlərin birgə əməkdaşlığından da asılıdır. Ə.Muradov konfransın universitetlər arasında əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb, onları Türk Dünyası İqtisadçıları Birliyi ilə sıx əməkdaşlığa dəvət edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə müstəqilliyin bərpasından ötən 25 il ərzində ölkə iqtisadiyyatının keçdiyi yoldan və qazanılan uğurlardan danışıb. Konfransın dünyanın aparıcı universitetləri ilə əlaqələrinin möhkəmlənməsində əhəmiyyətini vurğulayan akademik bildirib ki, belə bir möhtəşəm tədbirin UNEC-də keçirilməsi İqtisad Universitetinin əldə etdiyi uğurların nəticəsidir. Dünyanın 54 universitetinin nümayəndələrinin UNEC-də bir araya gəlməsi ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq maraqlara da cavab verir. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov məzunu olduğunu İqtisad Universitetinin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına ev sahibliyi etməsini yüksək qiymətləndirib. Azərbaycanın müstəqillik tarixindən danışan alim bildirib ki, bu yolda əldə edilən ən böyük nailiyyətlərimizdən biri iqtisadi istiqlaliyyətin qazanılmasıdır. Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan Azərbaycan-Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında qardaşlıq, dostluq əlaqələrindən söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. Yazgan müstəqillik əldə etmiş Azərbaycanın qısa zaman kəsiyində yüksək uğur qazanmasını ölkənin iqtisadi, siyasi strategiyasının düzgün aparılması ilə əlaqələndirib. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən, professor-müəllim heyətinin əhatəsində olmağının rolundan danışıb. Universitet mühitindən uzaq olan iş adamının öz çərçivəsindən kənara çıxa bilməyəcəyini vurğulayıb. ATİB sədri Azərbaycanla Türkiyə universitetləri arasında birgə əməkdaşlığın daha da genişləndirilməsində konfransın mühüm rol oynayacağını bildirib. Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində ikili diplom razılaşması əldə edilib. Konfransın Elm Komitəsi tərəfindən seçilmiş elmi işlərin məruzəsi və müzakirəsi panel və seksiyalarda davam edib. 30-dan artıq seksiyada 200-ə yaxın elmi məqalənin məruzəsi və müzakirəsinin keçiriləcəyi nəzərdə tutulub. Tədbirdə bir çox nüfuzlu elmi konfransların UNEC-də keçirilməsi təklifi irəli sürülüb. Tədbir sentyabrın 30-a kimi davam edəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info