TAP «Societe Generale» bankı seçdi
Tarix: 19.03.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və «Şahdəniz» konsorsiumları TAP layihəsinin maliyyə idarəçiliyi ilə məşğul olacaq qurum kimi Fransanın «Societe Generale» bankını seçib. Bu qərar TAP-ın səhmdarları olam «Axpo», «Statoil» və «E.ON Ruhrgas» və «Şahdəniz»in üzvü olan Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» tərəfindən qəbul edilib.
TAP-ın məlumatında deyilir ki, bu marşrutun Azərbaycan qazının Avropaya nəql edilməsi üzrə prioritet kimi seçiləndən sonra və tikinti ilə bağlı qərarın qəbul edilməsindən sonra «Societe Generale» layihənin reallaşmasının maliyyə aspektlərinin idarə edilməsini üzərinə götürəcək.
Qeyd edilir ki, marşrutun seçilməsindən sonra tikinti üzrə qərarın 2013-cü ilin sentyabrında qəbul edilməsi gözlənilir. «Societe Generale» həmçinin layihənin maliyyə strategiyasının hazırlanmasında iştirak edəcək, onun rentabellik planını hazırlayacaq və s. TAP-ın icraçı direktoru Kyetil Tunqlandın sözlərinə görə, beləliklə, TAP layihəsinin reallaşması istiqamətində daha bir addım atılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info