Ağdaşlı fermerlər gələn il 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar
Tarix: 29.09.2016 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda kənd təsərrüfatının, xüsusən də meyvəçilik, taxılçılıq, pambıqçılıq, baramaçılıq, çəltikçilik və tərəvəzçiliyin inkişafı üçün görülən işlər uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildiriblər ki, Ağdaşda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bu gün əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Ağdaş fermerləri rayonda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlardan səmərəli istifadə edirlər. Hələ 1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib.
Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və göstərişlər artıq öz bəhrəsini verir. Ağdaşda ötən illə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə kəndlərdə 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrə yaxşı aqrotexniki qulluq edilərək bol məhsul əldə edilib. Bu da əvvəlki ildəkindən 1124 hektar, yəni 38 dəfə çoxdur.
Artıq neçə gündür ki, Ağdaş rayonunda pambıq yığımına başlanılıb. Hazırda kəndlərdə pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə davam etdirilir. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Bu günədək zəmilərdən 200 tondan artıq pambıq yığılıb. Pambıq yığımının noyabradək başa çatdırılması nəzərdə tutulur. Mövsümün sonunadək Ağdaşda hər hektardan orta hesabla 20 sentner, yəni 2 min tondan artıq pambığın yığılması gözlənilir. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il rayonda 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün hazırlıq işləri görülür, istifadəsiz qalan bütün boş torpaq sahələrinin əkin aparılması nəzərdə tutulur.
Həmçinin bu il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə geniş izahat işləri aparılıb. Qax Damazlıq İpəkçilik Stansiyasından 50 qutu toxum gətirilərək Ağdaşda kümçülərə paylanılıb. İlk addım olaraq, bu mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq "Şəki İpək" ASC-yə təhvil verilib. Ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə ediblər. Prezident İlham Əliyevin dediyi kimi, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Bu nəticələr Ağdaş rayonunda gələn il baramaçılığı daha da inkişaf etdirmək üçün yüksək stimul yaradıb.
Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsi üçün də əlverişli imkan var. Bu il 1282 hektarda çəltik əkilib və bol məhsul əldə edilib. Hazırda sahələrdə çəltik yığımı uğurla davam etdirilir. Kəndlərdə ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi işsizliyin aradan qaldırılmasına kömək olub, bu mövsümdə 3 mindən çox kənd sakini haqqı ödənilən işlə təmin edilib.
Rayonda taxılçılıq və tərəvəzçiliyin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu il 11 min 73 hektar taxıl zəmisindən 34 min ton taxıl istehsal olunub ki, bu da əvəlki ildəkindən çoxdur. Həmçinin cari ildə 6 min 543 hektar sahədə yazlıq bitkilər, o cümlədən 768 hektar sahədə tərəvəz, 452 hektar sahədə dən qarğıdalı, 240 hektar sahədə kartof, 253 hektar sahədə bostan, 1311 hektar sahədə çəltik, 114 hektar sahədə lobya, 3 hektar sahədə vələmir, 26 hektar sahədə şəkər çuğunduru, 1 hektar sahədə günəbaxan və 2221 hektar sahədə yonca əkini aparılıb. İndiyədək 15 min 685 ton tərəvəz, 2 min 328 ton kartof, 931 ton bostan məhsulları yığılıb. Faraş tərəvəzçiliklə məşğul olan kəndli fermerlər rayon ərazisində 7 hektar sahədə pomidor və xiyar istixanası yaradıb və hazırda bol məhsul götürülür. İlin sonunadək 10 hektar sahədə yeni istixana yaradılması nəzərdə tutulur.
Bundan əlavə, ağdaşlı fermerlər son illər meyvəçiliyin inkişafına böyük önəm verirlər. Ağdaşda bu il 55 hektar sahədə yeni meyvə bağı salınaraq 2613 hektara çatdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu günədək 1608 hektar bar verən meyvə bağından 2 min ton məhsul tədarük olunub. Bu günlərdə rayonda heyva, nar, əzgil, armud və alma yığımına başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info