Polşa Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsində maraqlıdır
Tarix: 29.09.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Polşa həm şirkətlər, həm də hökumətlər səviyyəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsində maraqlıdır və iqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycan Polşa üçün vacib ölkədir.
Bu barədə Energetika Nazirliyində Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibli görüşdə bildirilib.
Energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat nazirinin müavini Musa Pənahov, müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev, Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov, Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müavini Vahid Əliyev və Xəzər Dəniz Gəmiçiliyi QSC-nin müəssisəsi “ACSC logistics” MMC-nin baş direktoru İlham Məmmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Polşa əməkdaşlığının gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Azərbaycanda qeyri-neft sənayesinin inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan energetika nazirinin müavini Gülməmməd Cavadov bu istiqamətdə xarici investisiyaların cəlbinin vacibliyini diqqətə çatdirib. Bu baxımdan, Polşa şirkətlərinin fəaliyyəti üçün ölkəmizdə geniş imkanların olduğunu deyərək, əməkdaşlıq təkliflərinin dəyərləndirilməsinin əhəmiyyətini qeyd edib.
Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentski isə bildirib ki o, Polşa şirkətlərinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduğu sahələrin və layihələrin çoxşaxəli olduğunu, cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyanın 7-ci iclasına qədər irəli sürülən təkliflər üzrə razılaşmaların əldə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan tərəfdən görüşdə iştirak edən hökumət nümayəndələri təmsil etdikləri sahələr üzrə sərmayə qoyuluşu üçün prioritet saydıqları istiqamətlər və layihələr barədə ətraflı məlumat verərək, bir sıra konkret təkliflər irəli sürüblər. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini həyata keçirməklə Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini qeyd edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Nazir müavini Azərbaycanın tranzit potensialının gücləndirilməsi, Xəzər hövzəsində logistik mərkəzlərin yaradılması, dəmir yollarının yenidən qurulması kimi layihələrdə Polşa şirkətlərinin iştirakını mümkün hesab edib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə əczaçılıq sahəsində Polşa ilə əməkdaşlığın uzun tarixə malik olduğunu və buna nümunə kimi Azərbaycanda qeydiyyatdan keçən dərmanların 3 faizinin bu ölkənin payına düşdüyünü xatırladıb. Bildirib ki, Azərbaycanın dərmana olan tələbatının 99 faiz idxaldan asılıdır. Bu problemin aradan qaldırılması məqsədilə 4 ölkə tərəfindən dərman zavodunun tikilməsi təklif edilib. Polşa da bu prosesdə iştirak edə, Azərbaycanda qeydiyyatdan keçmiş 17 dərman şirkətinin sayını artıra bilər. Eyni zamanda, Polşanın tibbi sığorta sahəsində təcrübəsindən bəhrələnməyin zəruriliyi də diqqətə çatdırılıb.
Polşa inkişaf nazirinin müavini səsləndirilən təklifləri yüksək qiymətləndirərək, yeni layihələrin həyata keçirilməsi ilə həm Azərbaycan, həm də Polşanın böyük mənfəət əldə edəcəyinə ümidlərini ifadə edib.
Görüşün yekununda Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya həmsədrlik edən qurum kimi Energetika Nazirliyi tərəfindən bu münasibətlərin daha da inkişafına lazımi dəstəyin veriləcəyi diqqətə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info