İnternet aksiyasında 700 minə yaxın baxış sayı qeydə alınıb
Tarix: 29.09.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Naxçıvanda sentyabrın 27-də “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet aksiyasında qədim diyar haqqında sosial şəbəkələrdə minə yaxın foto və 152 tanıtım videosu paylaşılıb. Sayı 45 mini ötən paylaşımlarda 210 mindən çox bəyənmə və 700 minə yaxın baxış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi üzrə aksiyada 500-dən çox insan iştirak edib, 17 mindən çox paylaşım, 110 mindən çox bəyənmə sayı qeydə alınıb. Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında 1491 izlənmə olub, 170 müxtəlif sayta foto və videomateriallar göndərilib, mərkəzin sosial şəbəkələrdəki səhifələrində 25 mindən çox bəyənmə, 210 mindən artıq baxış sayı qeydə alınıb. Muxtar respublikanın Gənclər Fondunun sosial şəbəkələrdəki səhifələrində 22 minə yaxın baxış sayı, 580 bəyənmə və 362 paylaşım olub. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən paylaşılan materiallara baxış sayı isə 400 mindən çox təşkil edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunur ki, Naxçıvan Dövlət Televiziyası tərəfindən paylaşılan materiallara 83 min 209 baxış, “Şərq qapısı” qəzetinin sosial şəbəkələrdəki səhifələrində və internet saytında paylaşılan materiallara isə 15 minə yaxın baxış olub. “Naxcivanxeberleri.com” informasiya saytı tərəfindən 103 xəbər agentliyinin saytına və 50 digər qrupa göndərilmiş materiallar 35 saytda dərc olunub.
Aksiyada ali təhsil müəssisələri də fəal iştirak edib. Belə ki, Naxçıvan Dövlət Universiteti üzrə aksiyada 310 tələbə sosial şəbəkələrdə 3900-ə yaxın foto və video paylaşıb, 7 minə yaxın bəyənmə sayı qeydə alınıb. “Naxçıvan” Universitetindən isə 210 tələbə aksiyada iştirak edib, sosial şəbəkələrdə 3600-dən çox foto və video paylaşılıb, 15 min 153 bəyənmə sayı qeydə alınıb.
Qeyd edək ki, AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun təşəbbüsü ilə qardaş Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet-bloqunda Naxçıvanın ecazkar tarixi və qədim tarixi abidələri ilə bağlı 30 şəkil yerləşdirilib. AZƏRTAC-ın facebook sosial şəbəkəsindəki “Bölgə xəbərləri – Azərbaycan” səhifəsində Naxçıvanla bağlı 34 şəkildən ibarət albom paylaşılıb və 8 mindən çox baxış sayı qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info