“Bu gün minlərlə insanın qətlə yetirilməsi ən ağır cinayətdir”
Tarix: 29.09.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


“Müxtəlif dinlərin birgə yaşayışı aktual məsələyə çevrilib”.
 
Bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti İlarion deyib.
 
O qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoq zamanı bütün dinlər üçün bərabər şəkildə ədalət formalaşdırılmalıdır: "Birgə yaşamalıyıq, amma özünəməxsusluğumuzu itirməməliyik. Dinimizdə hətta düşmənlərə qarşı mərhəmət hissinin olması müxtəlif dinlərin birlikdə yaşamasına şərait yarada bilər. Fərdi yanaşma olmalıdır. Hər cəmiyyətin özünəməxsusluğu var”.
 
Mitropolit İlarion bildirib ki, bu gün ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir. “Mümkün deyil ki, terrorçuluq dini terrorçuluq olsun. Burada dini ritorika altında özünü gizlədən terror fəaliyyəti var. Bütün terrorçular şeytanın xidmətçiləri, Allahın düşmənidir. Terrorçular dinin mərhəmət, sevgi, dözümlülük kimi dəyərlərinə qarşı çıxır. Bu gün minlərlə insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Ən aktual məsələlərdən biri dini maarifçilikdir. Biz vaxtında mənfi fəaliyyətlərdən övladlarımızı qorumalı, onları ənənəvi dinlərə ehtiram hissi ilə böyütməliyik", - deyə o vurğulayıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info