“Avropada islamafobiya, ksenofobiya var, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir”
Tarix: 29.09.2016 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


"Azərbaycanda da dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Ölkəmiz davamlı terror, qaçqın problemi ilə üzləşib. Məscid, kilsə və sinaqoqlar məhv edilib".
 
Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
 
O, bütün bunlara baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllini istədiyini bildirib: "Son zamanlar dünyada baş verən hadisələr dini ekstremizmin tüğyan etməsinə təkan verib. İfratçı cərəyanlar niyyətlərini həyata keçirmək üçün üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq yaradır.
 
İnsan qırğının, maddi və mənəvi irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya, ksenofobiya, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir. Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk. Bu sahədə dövlət başçıları, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığı vacibdir.
 
Fürsətdən istifadə edib patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinə Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə həlli və onun dini qarşıdurmaya çevrilməməsi istiqamətində səylərini yüksək qiymətləndirdiyimizi diqqətə çatdırmaq istəyirəm. Hesab edirik ki, milli və dini zəmində baş verən münaqişələrin həllində  Azərbaycanın uğurlu modelindən bəhrələnmək məqsədəuyğun olardı". 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info