Vərəmlə mübarizədə yeni təşəbbüs
Tarix: 19.03.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Park Cinema” kinoteatrı, Promix şirkəti və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasının təşəbbüsü ilə 24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə “Özünü və yaxınlarını qoru!” devizi altında aksiya həyata keçirilməsi nəzərdə tutulub. Aksiya çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Park Cinema” kinoteatrında seanslardan əvvəl Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasının həyata keçirdiyi “Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində vərəmə qarşı mübarizə mövzusunda hazırlanmış maarifləndirici video-çarxlar nümayiş etdiriləcək.
“Park Cinema” kinoteatrı və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq aksiyanın məqsədi əhalinin, xüsusən də gənclərin vərəmə qarşı mübarizə mövzusunda maariflənməsinə yardım göstərilməsidir. Video-çarxlarda vərəmin əlamətləri, müalicəsi ilə bağlı mesajlar verilir. Xüsusən vurğulanır ki, vərəm vaxtında aşkar edildikdə və düzgün müalicə aparıldıqda tam sağalır.
Qeyd edək ki, video-çarxlar “Total E&P Azərbaycan B.V.” şirkəti və Vərəm Əleyhinə Milli Proq­­ramla əməkdaşlıqda hazırlanıb.
Xatırladaq ki, vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. 1982-ci ildən hər il 24 mart bütün dünyada Beynəlxalq Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info