Türkiyə bankları ARDNŞ-in layihələrinə maraq göstərir
Tarix: 19.03.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin «İş Bank», «Finans Bank», «Garanti Bankı», «Ziraat Bankı», «Vakıfbank», «TSKB», «YapıKredi Bank», «Dəniz Bank», «Unikredit», «TEB», «AkBank», «Halk Bank» kimi aparıcı bank və maliyyə qurumlarının rəhbərləri ilə görüş keçirib. Şirkətdən verilən məlumata görə, görüşdə ARDNŞ-in ölkə daxilində, həmçinin Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrindən bəhs edən R.Abdullayev gələcəkdə investisiya layihələrinin gerçəkləşdirilməsində Türkiyə bankları ilə əməkdaşlığın genişləndiriləcəyinə əminliyini bildirib.
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsinin Azərbaycan iqtisadiyyatının ən böyük layihəsi olduğunu diqqətə çatdıran ARDNŞ prezidenti bu barədə qonaqlara ətraflı məlumat verib, yaxın dövr üçün əsas perspektivli layihələrdən söz açıb. Sonra NQNK layihəsi, Gəmiqayırma Zavodunun tikintisi, «Petkim»də həyata keçirilən layihələr və TANAP layihəsi barədə təqdimatlar olub. Qonaqların təqdimatlarla bağlı çoxsaylı suallarını ARDNŞ nümayəndələri ətraflı cavablandırıb. Türkiyəli bankirlər və maliyyə qurumlarının təmsilçiləri ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini bildiriblər. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info