Həmyerlimizin əsəri Nyu-York konfransında
Tarix: 29.09.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Yazıçıların 2016-cı il Nyu-York Beynəlxalq Konfransı başa çatıb. Dünya ədəbiyyatının ən böyük hadisələrindən hesab edilən konfransın pitçinq siyahısına yazıçı-publisist Varis Yolçuyevin əsəri də daxil edilib.
Varis Yolçuyev AZƏRTAC-a bildirib ki, müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçı ilə ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən “Writer`s Digest Annual Conference” adlanan bu konfrans Nyu-Yorkun HiltonMidtown” otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüyüb. Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən “Tarixi roman üçün tədqiqat”, “Dinamik xarakterlərin yaradılması”, “Uğurlu müəllif olmağın sirləri”, “Dram janrı müasir dönəmdə”, “Horror və detektiv ədəbiyyatı bu gün” mövzusunda maraqlı seminarlar, habelə “Müəlliflər üçün marketinq strategiyası” adlı təlim keçirilib.
Konfrans çərçivəsində diqqətçəkən məqam isə pitçinq – uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün təqdimatı olub. Bu il ilk dəfə Nyu-York Beynəlxalq Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilib: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və Varis Yolçuyev.
Qeyd edək ki, Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan “Yetmiş yeddinci gün” romanı təqdim edilib.
Pitçinq hüququ əldə edən bütün sinopsislər konfransın rəsmi kataloquna salınaraq daha geniş ərazidə yayılmaq imkanı qazanır. Konfransın MDB üzrə agenti Lin Menkenin sözlərinə görə, MDB ölkələrindən olan yazarların əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb olub.
Xatırladaq ki, Varisin Amerikada debütü ötən il baş tutub, “Metamorfoz” romanı nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info