Tələbələr görkəmli sərkərdənin ev muzeyində
Tarix: 29.09.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllim və tələbələri görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev muzeyində olublar.
Muzeyin direktoru Abasət Nuriyev qonaqları muzeyin tarixi və eksponatlarla yaxından tanış edib.
Bildirilib ki, Cəmşid Naxçıvanskinin ev muzeyi ümummilli lider Heydər Əliyevin 8 avqust 1981-ci il tarixli qərarı ilə 22 oktyabr 1982-ci ildə açılıb. Yeni yaradıldığı dövrdə muzey 300 eksponatla fəaliyyətə başladığı halda hazırda eksponatların sayı 5836-dır. Bunlardan 700-ə yaxını ekspozisiyada sərgilənir.3463 eksponat əsas fonda, 2373-ü köməkçi fonda daxildir. Muzey ekspozisiyası giriş zalı, üç böyük zal və bir otaqdan ibarətdir. Burada generalın həyatının 1918-1933-cü illərini əhatə edən sənədlər və fotolar nümayiş etdirilir. Şərəfli döyüş yolu keçməsinə baxmayaraq 30-cu illərin repressiyası C.Naxçıvanskinin həyatından izsiz keçməyib və bu da generalın ömrünün son illərinə aid guşədə öz əksini tapıb.
Digər iki zal memorial otaqlar kimi fəaliyyət göstərir. Bu zallarda generalın şəxsi əşyaları, Kəngərlilər ailəsinə aid ev və məişət əşyaları yer alıb.
Muzeydə həmçinin ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən otaq fəaliyyət göstərir ki, burada ulu öndərin muzeyin açılışına dair qərarı, C.Naxçıvanski adına hərbi liseyin yaradılmasının 30 illik yubileyi ilə bağlı Sərəncam,ölkə başçısı İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamları və digər sənədlər nümayiş etdirilir.
Nərmin Cabbarova
NDU-nun
mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info