Şərqi Hələbdə 96 uşaq qətlə yetirilib, daha 223 uşaq yaralanıb
Tarix: 29.09.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


BMT-nin Uşaq Fondu (UNICEF) xəbər verir ki, təkcə son altı gündə Şərqi Hələbdə 96 uşaq qətlə yetirilib, daha 223 uşaq yaralanıb.
Fondun başçısının müavini Castina Forsaytın sözlərinə görə, Hələbdəki uşaqlar elə bir dəhşət içindədirlər ki, bu kabusdan can qurtarmaq mümkün deyil. Onların əzab-əziyyətini ifadə etməyə daha sözlər yetmir.
Uşaqları müalicə etməyə, demək olar, nə də həkim var, nə də yer. Şəhərin bu hissəsində təxminən 30 həkim qalıb. Fəaliyyətini hələ də davam etdirən 25 xəstəxanadan hazırda daha ikisi yerlə-yeksan edilib. Tibbi avadanlıq və dərman çatışmır. Həkimlər bildirirlər ki, sağalmaq ümidi olmayan uşaqlar sadəcə ölümə tərk edilir.
UNICEF-in əməkdaşları bildirirlər ki, belə bir halla heç vaxt üzləşməyiblər. Uşaqların öldürülməsinə və insan həyatına bu dərəcədə biganə münasibətə heç nə ilə haqq qazandırmaq olmaz.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info