“AmCham“ Azərbaycanda “ABAD“ mərkəzlərinin yaradılmasını alqışlayır
Tarix: 29.09.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılmasını alqışlayır.
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Fərmana əsasən "ABAD"ın əsas məqsədi kiçik və orta sahibkarlığı dəstəkləyən layihələri həyata keçirmək və bu layihələri maliyyələşdirməsi məqsədilə fondun yaradılması, hədəf auditoriyasının müəyyənləşdirilməsi və təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, biznes-planların hazırlanması, müxtəlif funksional xidmətlərin göstərilməsi, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında təşkili, logistika məsələlərinin həlli, təcrübənin paylaşılması, istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkilidir.
"Bu fərman, xüsusən Azərbaycanın ucqar yerlərində kənd təsərrüfatı və digər sahələrin gələcək inkişafı üçün əsas olacaq. Bu, iqtisadi şaxələndirmə və daha yüksək müqayisəli üstünlüklə müxtəlif malların ixracına da təsirsiz ötüşməyəcək. Bundan başqa, regionlarda insanların sosial-iqtisadi rifahı yaxşılaşacaq. Hüquqi məsələlər haqqında kifayət qədər məlumatı və biliyi olmayanlar "bir pəncərə" prinsipindən yararlana biləcəklər", - deyə Azərbaycanda "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib.
Ümumilikdə, fərman vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında aktiv iştirakını təmin edəcək, regionlarda sahibkarlığı inkişaf etdirəcək və müxtəlif xidmət və maliyyə resurslarına çıxışı olan rəqabətqabiliyyətli ailə biznesləri yaradacaq.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" 270-dən çox üzvdən ibarətdir və ölkədə xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyətı dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır. "Amcham" Azərbaycan hökuməti ilə işləməyə davam edəcək və bu təşəbbüsü sahib olduğu bütün bilik və təcrübə ilə dəstəkləməyə hazırdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info