Şəmkirdə yeni şəkər emalı zavodu inşa ediləcək
Tarix: 29.09.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


"Azərsun Holdinq" mütəxəssisləri tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələri uğurla nəticələnib.
Həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək, nəticədə İmişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq. Əgər əvvəllər adıçəkilən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verilirdisə, indi bu say ikiyə çatdırılacaq.

Eyni zamanda şirkətlər qrupu Şəmkir rayonu ərazisində şəkər çuğunduru əkinlərini həyata keçirib ki, bu addım da uğurla nəticələnib, gələn ildən isə bu sahələr genişləndiriləcək və yeni şəkər emalı zavodu inşa ediləcək. Nəticədə isə ətraf bölgələrdə də şəkər çuğunduru əkinləri geniş vüsət alacaq. Beləliklə Şəmkir və digər rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəlməsinə və işlə təmin olunmasına mühüm töhfə verilmiş olacaq.
 
Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər isə məhsullarını daha yaxın ərazidə yerləşən müəssisəyə təhvil verə biləcəklər ki, nəticədə daha az zaman itirərək daha çox gəlir əldə edə biləcəklər. Bu yeniliklər barədə məlumat şəkər çuğunduru qəbulu mövsümünün başlanılması ilə əlaqədar olaraq “Azərsun Holdinq” və İmişli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunmuş Şəkər bayramında verilib.
 
Tədbir çərçivəsində millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri və şirkətlər qrupunun rəhbər şəxsləri iştirak ediblər. İmişli Mədəniyyət evində konsert proqramı təşkil edilib.
 
İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ərzində əldə edilən uğurlar, yaradılan yeni iş yerləri barədə ətraflı məlumat verib, sakinləri bu bayram münasibəti ilə təbrik edib.
 
“Azərsun Holdinq”in baş direktoru Savaş Uzan isə şəkər çuğunduru sahələrinin ildən ilə genişləndirildiyini, bununla da İmişli və ətraf rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə veriləcəyini bildirib. Tədbirdə ölkənin 29 rayonunda 3 000-ə yaxın fermer təsərrüfatları tərəfindən yetişdirilən şəkər çuğundurunun qəbuluna start verildiyi bildirilib. 
 
Qeyd edək ki, “Azərsun Holdinq” əkin ərazilərini mövcud 7 500 hektardan 10 000 hektara yüksəltməyi nəzərdə tutub ki, ki, burada da təxminən 400 min ton çuğundurun yetişdirilməsi planlaşdırılır. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, sahələrin genişləndirilməsi nəticəsində çoxlu sayda insanın işlə təmin olunması həyata keçiriləcək, hazırda 100 min nəfər qədər olan bu rəqəmin daha da artırılması mümkün olacaq. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info