Yaponiya Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilib
Tarix: 29.09.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Cari ilin Sentyabr ayının 29-da Tokyoda Yaponiya parlamentinin binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov Yaponiyanın Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro tərəfindən Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılıb.
Müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçmiş Azərbaycan Respublikasının iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulmuş və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Takahashi Seiichiro cari ilin Avqust ayının sonlarında Bakıya səfər etdiklərini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi üçün yerli əməkdaşlarla görüşlər keçirdiklərini vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynayıb. Hal-hazırda İlham Əliyev tərəfindən bu siyasətinin uğurla davam etdirilməsi və daha da inkişaf etdirilməsi göz qabağındadır. Hazırda Azərbaycan post-sovet məkanında və öz regionunda lider bir dövlətə çevrilib.
Takahashi Seiichiro Sentyabr ayının 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökümətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd edib. O referendumun nəticələrinin Azərbaycanın siyasi və iqtisadi sisteminin daha da stabil olmasına böyük töhvələr verəcəyini vurğulayıb.
Asako Ueno bildirmişdir ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası, onun siyasi-iqtisadi stabilliyi haqqında müsbət rəy formalaşıb. Bugünə qədər Yaponiya höküməti Bakıda yerləşən səfirlik, JİCA və JETRO vasitəsilə Azərbaycanda Kənd Təsərrüfatı və Enerji sahələrində bir çox uğurlu layihələrə imza atıb. Bunların nəticəsi kimi Azərbaycan və Yaponiya arasında biznes əlaqələri gözə çarpacaq dərəcədə inkişaf edib.
O qeyd edib ki, statistik göstəricilər baxımından da Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə daha çox bel bağlanılan bir tərəfdaşa çevrilib.
AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro Azərbaycanla Yaponiyanın regionları arasında əlaqələrin qurulmasında maraqlı tərəf olduqlarını və hər iki ölkənin mədəni əlaqələrinin inkişafı üçün çalışacaqları qeyd edib. O bildirib ki, siyasi və iqtisadi sahədə gözə çarpan inkişaf ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafı üçün də mükəmməl şərait formalaşıb.
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov, xoş qəbula görə öz minnətdarlığını bildirdikdən sonra Azərbaycan və Yaponiya dövlətləri arasında inkişaf etməkdə olan siyasi və iqtisadi əməkdaşlığa, hər iki sahədə artan qarşılıqlı səfərlər haqqında geniş məlumat verib.
Ə. Məmmədov xüsusilə vurğulamışdır ki, Yaponiya və Azərbaycanı birləşdirən iki əsas amil vardır: “İnsan” və “Tarix”. Həm Yaponiya həm Azərbaycan öz qədim tarixləri və vətənləri üçün canla başla çalışan, onu sevən patriot insanları ilə fəxr edə bilər. Azərbaycanda Yaponiya dövlətinə, insanlarına, mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Yaponiya istehsalı olan məhsullara inam yüksək səviyyədədir. Eyni zamanda, Azərbaycanın Yaponiyadan Kənd Təsərüfatı və Turizm sahəsində öyrənəcəyi bir çox məsələlər vardır. Digər tərəfdən, Azərbaycan Yaponiya üçün regionda və post-sovet məkanında geosiyasi baxımdan ən etibarlı və güvənilən partnyor rolunu oynama qadir dövlətdir.
Ə. Məmmədov Yaponiyada Azərbaycan diasporasının uğurlu fəaliyyəti haqqında məlumat verərək, bu işin Yaponiyada Azərbaycan adının tanıdılmasında və Azərbaycanda Yaponiyanın təbliği məsələsində çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda xatirə şəkli çəkilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info