Rüstəm İbrahimbəyov müstəqilliyimizə qarşı
Tarix: 19.03.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Əli hər yerdən üzülən “ziyalı” xarici ölkə səfirliklərindən kömək istəyir
Siyasətdə naşı olmasına baxmayaraq, şəxsi maraqlarını reallaşdıra bilməməkdən doğan hisslərin təsiri ilə siyasət meydanına atılan Rüstəm İbrahimbəyov «ziyalılar forumu»ndan sonra indi də mətbuatın gündəminə Milli Şura yaradılması məsələsi ilə gəlməyə çalışır. İki aya yaxındır ki, ölkədə olmayan və Fransada hansısa festival keçirdiyini söyləyən «ziyalı» Rüstəm İbrahimbəyov eyni zamanda Milli Şura yaradılması ilə də məşğul olur.
Azərbaycan mətbuatına müsahibə verən R.İbrahimbəyov bu işlərlə yanaşı, Moskvada tamaşa hazırladığını və hansısa filmin çəkilişlərinə başladığını bildirib. Bu insan Fransa kimi ölkədə festival keçirir, daha sonra Moskvaya qayıdaraq kino çəkir, tamaşa hazırlayır, amma bunlara paralel olaraq da Azərbaycanda «seçki mühitini dəyişəcək» Milli Şura yarıdılması istiqamətində iş aparır. Bütün bu işləri eyni vaxtda görmək mümkündürmü? Ən azı peşəkarlıq baxımından yanaşanda cavab mənfi olacaq. Bax, elə ona görə «ziyalı» Rüstəm İbrahimbəyovun siyasətdə naşı olduğu, bu sahənin ona görə olmadığını deyənlər haqlıdırlar. Onun naşılığı hələ «ziyalılar forumu»nu yaradarkən özü-özünü təkzib edən bəyanatlar verməsində aşkar görünürdü. Artıq mətbuatda dəfələrlə səslənirdirildiyi kimi, bir çox şəxsi marağı, ticarət obyekti açmaq niyyəti alınmadığı üçün birdən-birə «ziyalı» donuna bürünüb xalqın maraqları uğrunda «mübarizəyə» başladı. Bəzi ekspertlər qeyd edirlər ki, R.İbrahimbəyovun dövlət, xalq maraqlarından çıxış etməsi mümkün deyil. Keçirdiyi festivallarda erməni dostlarına yuxarı başda yer verən R.İbrahimbəyov həmişə azərbaycanlılara yuxarıdan aşağı baxıb və bunu bir çox açıqlamasında açıq mətnlə ifadə edib. Bu səbəbdən onun özünü «ziyalı» donuna bürünmüş «xalq mücahidi» kimi təqdim etməsinə xalq ikrah hissi ilə yanaşır. Amma sonradan siyasətlə məşğul olmağın onluq olmadığını anladığı üçün Bakını tərk edib. Guya Vergilər Nazirliyinin apardığı yoxlama və üzə çıxardığı qanunsuzluqlara görə həbs olunmaq təhlükəsinə görə Bakıya qayıtmadığını açıqlasa da, onun bu iddiasının yalan olduğu elə yoxlamanı aparan dövlət orqanı tərəfindən təkzib olundu. Rüstəm İbrahimbəyov son müsahibəsində Milli Şura yaradılmasına ehtiyac olduğunu bildirərək müvafiq iş aparıldığını qeyd edib. Görünür, onun yaratmaq istədiyi Milli Şura da Eldarın «El»inin başqa bir forması olacaq. «Ziyalılıqda» yaxın dost olan bu iki şəxs bir-birindən geri qalmayaraq hərəsi bir təşkilatın rəhbəri olmaq sevdasına düşüblər. Seçki ilində hansısa partiyanın və təşkilatın yedəyi kimi təqdim olunmaqdansa, yeni bir qurumun «lideri» kimi gündəmdə olmaq daha çox divident gətirə bilər. Beynəlxalq təşkilatlara özünü müxalifətyönümlü təşkilat kimi təqdim etməklə yaxşı qrant almaq mümkündür. Onlar bunun yolunu yaxşı bilirlər. Müxtəlif mənbələrdən gələn götərişlər əsasında icazəsiz aksiyalara qatılmaqla, Azərbaycanın maraqlarının əleyhinə fəaliyyət göstərməklə yaxşı pul almaq mümkündür. Müsavat və AXCP-nin timsalında yaxşı nümunələri var. Amma «ziyalı» Rüstəm daha böyük iddiaya düşərək qeyd edilən siyasi qüvvələri Milli Şura ətrafında birləşdirmək istəyir və aparılan danışıqlarda «El», Müsavat və AXCP-nin də iştirak etdiyini qeyd edir. Marseldə adı bəlli olmayan festival keçirməklə guya Azərbaycanın taleyüklü problemlərini həll edəcək təşkilatın yaradılması istiqamətində «uzaqdan komanda» ilə danışıqlar aparmaq bu şəxsin qeyri-ciddiliyini ortaya qoymaqla yanaşı, Azərbaycan reallığından da bixəbər olduğunu göstərir. Ay «ziyalı» Müsavatla AXCP hətta birləşmək haqqında niyyət ortaya qoysa belə, bir araya gələ bilmir, illərdir bir-birini qırır, pulun qoxusu gələn yerdə bir-birinə bir addım belə güzəştə getmirlər, indi sən onları «Şurada» birləşdirməyimi düşünürsən? Bu qüvvələr pula görə ölkənin milli maraqlarını gözüyumulu satdıqlarını dəfələrlə sübut ediblər, indi sənin «Şura» adı altında «tortun» böyük bir hissəsinə sahib olmağınamı icazə verəcəklər? Birlik yaratmaq istəyirsinizsə, mövcud təşkilatların birində birləşin də, daha hərəniz niyə adı olub, özü olmayan təşkilat yaradırsınız?
Deməli, Milli Şura yaratmaq ideyası ətrafında aparılan danışıqlar spekulyasiyadan başqa bir şey deyil. Məqsəd tam başqadır. Diqqət edək. Rüstəm İbrahimbəyov son müsahibəsində yenə də özünü ələ verərək bəyan edib ki, seçki keçirmək üçün «xaricdən kömək istəmək lazımdır». Rüstəm İbrahimbəyovun «ziyalı» obrazının altında yatan əsl mahiyyət budur. O, bir dəfə də analoji fikri səsləndirmişdi. Düşünmək olardı ki, siyasətdə naşı olduğu üçün belə bir fikir səsləndirib. Amma onun ikinci dəfə bu fikri təkrarlaması Rüstəmin Azərbaycanın müstəqilliyinə düşmən olduğunu ortaya çıxarır. Bəlkə də xaricdə ona belə təlimat veriblər..
Rüstəmin «ziyalı forumu» da, «Milli Şura»sı da Azərbaycanı Suriya, Liviya, Misir kimi görmək istəyir. Ölkənin milli maraqlarını düşünən «ziyalı» da seçki keçirmək üçün xaricdən kömək istəyərmi? Budurmu sizin Azərbaycan üçün təklif etdiyiniz alternativ yol? Hələ bu harasıdır. «Ziyalı» müsahibəsində qeyzlə bildirib ki, icazəsiz aksiyalara, həbslərə nə səfirliklər, nə beynəlxalq demokratik institutlar, nə də Azərbaycan ictimaiyyəti ciddi etiraz bildirir. Kim, nəyə etirazını bildirməlidir? Azərbaycan müstəqil, demokratik inkişaf yolu tutan dövlətdir. Hər kəs fikrini ifadə etməkdə azaddır. Əgər bəzi üzdəniraq qüvvələr icazəsiz aksiya keçirirsə, dövlət strukturları nə etməlidir? Sənin təriflədiyin, kömək istədiyin ölkələrdə icazəsiz aksiyaların necə dağıdıldığını hamımız bilirik, görürük. ABŞ-da, Fransada, Almaniyada aksiyaçılara qarşı olan münasibəti bizimki ilə müqayisə belə, etmək olmaz. İndi necə olur, almanlar, fransızlar dağıdanda demokratik olur, bizdə olanda yox? Digər tərəfdən səfirliklərin ölkənin daxili işlərinə qarışmağa nə ixtiyarları var? Burası Suriyadırmı, Liviyadırmı ki, müəyyən dövlətlərin səfirləri aksiyaların önündə dayanıb, onları idarə etsinlər? Sizin arzuladığınız Azərbaycan budurmu cənab İbrahimbəyov? Dağüstü parkda aça bilmədiyin ticarət mərkəzinə görə Azərbaycanı belə, satmağa razısan, dəyərmi?

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info