Türkiyədə fövqəladə vəziyyətin müddəti daha 3 ay uzadılır
Tarix: 30.09.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin müddəti daha 3 ay artırılacaq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında hökumətə təklif verilib. Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət müddətinin uzadılması ölkəyə faydalıdır: “Məsələ elə dərindir ki, 3 aylıq müddətin kafi olmayacağı görünür. Fövqəladə vəziyyətin tətbiqi FETÖ və PKK kimi terror təşkilatlarına qarşı daha effektli mübarizə üçün çox vacibdir”. Fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı xarici ölkələrdən gələn tənqidlərə də cavab verən Ərdoğan Fransada 1 il belə vəziyyətin elan olunduğunu vurğulayıb: “Bizim vəzifəmiz bu millətin can, mal və əqli təhlükəsizliyini qorumaq və davam etdirməkdir. Kimsə bizə təqvim və ya yol xəritəsi təyin etməsin. Yol xəritəsini bu ölkənin hökuməti və təşkilatları müəyyən edir”. Ərdoğan qeyd edib ki, Türkiyədə 15 iyul tarixi qeyri-iş günü olacaq. Artıq 15 iyul tarixi Demokratiya və azadlıqları anma günü kimi qeyd olunacaq: “Bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında da hökumətə tövsiyə etdik. Hər ilin iyulun 15-i şəhid və qazilərimizi anma günü kimi qeyd ediləcək. Bununla əlaqədar həmin tarix qeyri-iş günü olacaq”. Ərdoğan bu günü türk millətinin ikinci qurtuluş savaşı adlandırıb: “Çünki bu tarixdə torpaqlarımız işğal edilə bilərdi. Ancaq millətimiz buna imkan vermədi”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info