Nobel mükafatçıları Bakıda qlobal problemlərdən çıxış yolları axtarıb
Tarix: 30.09.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


V Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin moderatorluğu ilə keçirilən plenar iclasında dünyada antibiotiklərin kəşfi və istehsalı sahəsində yaranan problemlərə xüsusi diqqət yetirilib.
APA-nın məlumatına görə, Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat antibiotiklərin keçən əsrdə icad edildiyini söyləyib. A. Yonat deyib ki, antibiotik bakteriyanın bakteriyaya qarşı mübarizəsidir. İndi insanlar antibiotiklərin daha çox istifadə olunmasından şikayətlənirlər: "Ancaq problem odur ki, bakteriyalar antibiotiklərə, daha doğrusu antibiotikin hazırlandığı bakteriyalara qarşı müqavimətini artırır, çünki onları tanıyır. Biz indi çalışırıq ki, elə antibiotiklər buraxaq ki, eyni struktura malik olmasınlar. Çünki hazırda istifadə ediləni antibiotiklər insan bədənindən xaric olunduqdan sonra da strukturunu itirmir, eyni struktura malik olurlar. Elə antibiotiklər yaratmalıyıq ki, düşünmək potensialı olsun, bəd və yaxşı bakteriyaları ayıra bilsinlər. Biz hazırda kiçik qrup olsaq da, bunun üzərində çalışırıq. Bu sahəyə qoyulan sərmayələr yetərli deyil. Bu, tək bir hökumətin də işi deyil. Biz Forumda bununla bağlı hökumətlərə çağırış ünvanlanmasını xahiş edirik. Dövlətlərin birgə dəstəyi ilə tezliklə yeni antibiotiklərin kəşfi və istehsalına başlamalıyıq. Dərman şirkətləri belə böyük sərmayələrin qoyulmasında maraqlı deyillər. Çünki dərman şirkətləri üçün antibiotiklər elə də böyük gəlir mənbəyi deyil”. Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bakteriyaların antibiotiklərə müqavimətinin artmasının bəşəriyyət üçün ciddi problem olduğunu vurğulayıb. O, yeni antibiotiklərin kəşfi və istehsalı üçün böyük sərmayəyə, kompüter texnologiyasından geniş istifadəyə ehtiyac olduğunu vurğulayıb: “Bu, kifayət qədər ciddi məsələdir. Biz bunu siyasi məsələ adlandıra bilərikmi? Bəli, çünki mənim əlimdə kifayət qədər sərmayə yoxdur. Son 30 ildə dünyada yeni struktura malik antibiotik hazırlanmayıb. Elə virus xəstəlikləri var ki, təbiətdə yaranır və insan bədəninə daxil olur. Bu, alimlər qarşısında tamamilə yeni problemlər yaradır. Yeni antibiotiklərin kəşfi sahəsində kompüterlərdən istifadə etmək zəruridir. Bu, yeni strukturda yaradılan antibiotikin gələcək təsirlərini də proqnozlaşdırmağa imkan verəcək”. Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bu gün tibbi avadanlıqların və dərmanların qiymətinin sürətlə artmasına diqqət çəkib: “Bu, təsadüfi deyil. Çünki hər hansı yeni dərmanla bağlı laborator sınaqlar ildən-ilə daha böyük xərclər tələb edir və son nəticədə dərmanın, avadanlıqların qiyməti artır. Yaxud biz əvvəllər elə bilirdik ki, ağciyər, döş, beyin xərçəngi eyni xəstəlikdir. Ancaq artıq məlumdur ki, bunlar ayrı-ayrı xəstəliklərdir. Hətta döş xərçənginin 20 növü var. Üstəlik, ayrı-ayrı insanlar eyni dərmanlara fərqli reaksiyalar verirlər. Yeri gəlmişkən, bu gün biz elə bioproteinlər yaradırıq ki, təbii qidalardan da faydalıdır. Bu, Allahın işinə qarışmaq deyil”. Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus bütün problemlərin cavabının elm vasitəsilə tapılacağına inandığını söyləyib. Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts isə 1980-ci illərdən başlayaraq genetik modifikasiya olunmuş (GMO) məhsulların yayıldığını nəzərə çatdırıb: “Əslində, GMO məhsulları sağlam məhsullardır. Ancaq dünyanın müxtəlif ölkələrində yaşıllar belə məhsulların təhlükəli olduğu barədə məlumat yaymağa başladılar. Bunun nəticəsində də bəzi ölkələrdə GMO məhsulları qadağan edilib. Biz Qərbdə müəyyən bəyanatlar verəndə onun hansı fəsadlar və nəticələr verəcəyini düşünməliyik. GMO məhsulları inkişaf etməkdə olan ölkələr üçün vacibdir”. Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel dünyada əhalinin çox olması səbəbindən resurs çatışmazlığı yarandığını vurğulayıb. Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin bu gün dünyada ucuz enerji resursları dövrü yaşandığını bildirib. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott iqtisadiyyatın inkişafında siyasət amilinə diqqət çəkib. Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko əvvəllər tibdə nailiyyətlərin sadə, elementar yolla əldə olunduğunu xatırladıb: “Məsələn, pensilin kimi antibiotik təsadüfən kəşf edilib, bununla da milyonlarla insanın həyatını xilas etmək mümkün olub. Ancaq biz indi proteinlərlə bağlı ciddi araşdırmalar aparırıq”. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland bu gün dünyada müşahidə olunan iqtisadi böhrana toxunub: “Mərkəzi banklar dünyada iqtisadiyyatın inkişafında mühüm rol oynayır. ABŞ da daxil olmaqla, bəzi ölkələrin inkişafında ləngimələr nə ilə bağlıdır? Məncə, bu, gələcək maliyyə siyasətinin qeyri-müəyyənliyi ilə əlaqədardır. İqtisadçılar düşünür ki, bu qeyri-müəyyənlik sərmayə qoyuluşunun da qarşısını alır. Biz bir müddətdir ki, avrozonada olan maliyyə problemindən danışırıq. Maliyyə durumu zəif olan dövlətlər avrozonadan çıxarsa, problemlər həll olunacaqmı? Həll olunmayacaq. İtaliya, İspaniya və Portuqaliyanın problemləri avrozonaya qoşulmazdan əvvəl başlayıb. Dünya iqtisadiyyatında Çinin rolu artıb, ancaq gələcəkdə bu rol azalacaq. Çin hökuməti bank sektorunu açıq elan etsə, bu ölkəyə daha böyük sərmayə qoyula bilər. Çindəki mövcud sistemdə bu, mümkün deyil. Son 20 ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyulub və bu ölkədə problemlər də xoşxassəli ola bilər. Xüsusən təhsil sistemində islahatlara diqqət yetirilməlidir”. Kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman Sinqapurda bir qadına bir uşaq, Əlcəzairdə, Malidə bir qadına 7 uşaq düşdüyünü söyləyib: “Bir qadına bir uşaq düşürsə, o ölkədə əhalinin sayı iki dəfə azalacaq. Ancaq o da bəllidir ki, insan əsas resursdur. Buna görə də problemin həlli mürəkkəbdir. Əsas odur ki, hamı üçün təhsil imkanı yaradılsın, hətta bütün hamı üçün pulsuz təhsil mümkün olsun. Mən uzun illərdir İsraildə texnoloji sahibkarlığı tədris edirəm. İsraildə bu sahədə mütəxəssislərin 50 faizi mənim mühazirələrimdə olub. Biz artıq orta məktəblərdə elmi tədris etməyə başlamalıyıq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info