Norveç millisi Azərbaycanla oyunun heyətini açıqladı
Tarix: 30.09.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Azərbaycan millisi ilə ağır döyüşə hazırıq. Nə istədiyimizi dəqiq bilirik”
Norveç millisi DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunlar üçün heyətini müəyyənləşdirib. Baş məşqçi Per Matias Hoqmo 22 futbolçuya dəvət göndərib. Əvvəlcə oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər 3 gün sonra Osloda San Marino yığmasını qəbul edəcəklər.

Dəvət alan futbolçulardan 7-si karyerasını İngiltərədə, 6-sı isə Almaniyada davam etdirir. Maraqlı məqam almanların müdafiə, ingilislərin isə yarımmüdafiə xəttində çoxluq təşkil etməsidir. “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Sent-Etyen” də Norveç yığmasına bir oyunçu göndərib. Belə ki, yarımmüdafiəçi Ole Kristian Selnes bu il 2 dəfə ölkəmizə səfər etməli olacaq. O, əvvəlcə oktyabrın 8-də Azərbaycan millisinə, noyabrın 3-də isə “Qəbələ”yə rəqib qısmındə Bakıda meydana çıxacaq. Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo mətbuat konfransında bildirib ki, Azərbaycanla oyun Norveç üçün asan keçməyəcək: “Azərbaycan yığması çətin rəqibdir. Ötən seçmə mərhələdə keçirdiyimiz hər 2 oyunda bizə gərgin döyüş yaşadıblar. Xorvatiya ilə matçda da bunu bacarmışdılar. İstənilən halda, Azərbaycan millisi ilə ağır döyüşə hazırıq. Nə istədiyimizi dəqiq bilirik”. Hoqmo əlavə edib ki, Norveç yığması yaxın gələcəkdə daha güclü komandaya çevrilə bilər: “Əgər biz tezliklə Almaniya yığmasının səviyyəsinə qalxmaq istəyiriksə, daha yaxşı hücum futbolu göstərməliyik”. Norveç yığmasının heyəti:
Qapıçılar: Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya)
Müdafiəçilər: Haytam Aleesami (“Palermo”, İtaliya), Veqar Eggen Hedenstad (“Sankt Pauli”, Almaniya), Even Hovland (“Nürnberq”, Almaniya), Stefan Strandberq (“Hannover”, Almaniya), Yonas Svensson (“Rusenborq”)
Yarımmüdafiəçilər: Markus Henriksen (“Hall Siti”, İngiltərə), Ruben İtterqard Yenssen (“Qroningen”, Hollandiya), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Havard Nordtveyt (“Vest Hem”, İngiltərə), Martin Samuelsen (“Bləkbörn”, İngiltərə), Ole Kristian Selnes (“Sent-Etyen”, Fransa), Per Kilyan Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettey (“Norviç”, İngiltərə)
Hücumçular: Jo İnqe Berget (“Malmö”, İsveç), Adama Diomande (“Hall Siti”, İngiltərə), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan), Pol Andre Elland (“Rusenborq”), Joşua Kinq (“Bornmut”, İngiltərə), Aleksander Sorlot (“Qroningen”, Hollandiya).
Qeyd edək ki, Azərbaycan - Norveç matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.





 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info