Bakıda “Yəhudi xalqının “Müqəddəs torpaq”larla 3500 illik əlaqəsi” mövzusunda sərgi açılıb
Tarix: 30.09.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasına dair Tədbirlər Planına əsasən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib.
İudaizm dininə həsr edilən “Yəhudi xalqının “Müqəddəs torpaq”larla 3500 illik əlaqəsi” mövzusunda sərgi maarifləndirici xarakter daşıyır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Forum çərçivəsində təşkil edilən sərgi barədə məlumat verib. Bildirib ki, yəhudi icmasına həsr olunan sərgidə bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr nümayiş olunur. O, multikultural və tolerant dəyərlərinə görə digər ölkələrə örnək olan Azərbaycanda bu cür sərgilərin təşkilini yüksək dəyərləndirib. Vurğulanıb ki, sərgi Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindəndir.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper və Foruma qatılan xarici qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin sərgi qalereyasında azərbaycanlı gənc rəssam və heykəltaraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Sərginin təşkilatçısı və təşəbbüskarı sənətşünas Dilarə Müzəffərlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info