“Gənclik dini radikalizm və ekstremizmə yox deyir”
Tarix: 30.09.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər



YAP Binəqədi rayon təşkilatında layihənin bağlanış tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP Binəqədi rayon təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi rayon Gənclər və İdma İdarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təlimatçısı Natiq İsmayılovun Azərbaycan Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş, “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin bağlanış tədbiri keçirilib. Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Natiq İsmayılov Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. Məhz bunun bariz nümunəsi kimi Gənclər Fondunun gənclərin layihələrinə hər zaman dəstək verdiyini, gənclərin ideyalarının reallaşdırıldığını söyləyib. Bu cür layihələrin gənclərin fəallığınn daha da artırılmasına və gənclər arasında sağlam ünsiyyətin yaranmasına səbəb olduğunu bildirib. “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin əhəmiyyətindən danışaraq, layihə çərçivəsində görülən işləri diqqətə çatdırıb. Tədbirdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda dini tolerantlığın, multikulturalizm dəyərlərinin daim qorunduğunu, inkişaf etdirildiyini və bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin görüldüyün bildirib. Dövlət başçısının həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasətin tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər hüquqların verildiyini, onların azad, demokratik şəraitdə mehriban bir ailə kimi yaşadıqlarını söyləyib. Həmçinin ölkəmizdə dini radikalizmlə mübarizədə ciddi islahatların həyara keçirildiyini, bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini vurğulayıb. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev təmsil etdiyi qurum tərəfindən dini radikalizm və ekstremizmə qarşı görülən işlərdən, gənclərin bu zərərli təriqətlərə qoşulmaması üçün həyata keçirilən çoxsaylı maarifləndirici tədbirlərdən bəhs edib. Bu cür tədbirlərin ölkə ictimaiyyətinin, xüsusilə gənclərin dini biliklərinin daha da təkmilləşməsinə təkan verəcəyini söyləyib. O, komitə tərəfindən ölkədaxili dini sabitliyin davam etdirilməsi, insanların öz dini inanclarını daim rahat və sərbəst həyata keçirmələri üçün tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxışında vurğulayıb ki, Binəqədi rayonunda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların pis vərdişlərdən uzaq durması, öz bilik və bacarıqlarını daim artırması, istiqamətində mühüm tədbirlərin, layihələrin reallaşdırıldğını söyləyib. “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə itaət edən vətəndaşlara münasibətin, onların qarşılıqlı inam, hörmət və səmimiyyət şəraitində birgə yaşamasının örnək olduğunu bildirib. Azərbaycandakı mövcud tolerant mühitin dünyanın diqqət mərkəzində olduğunu və bunu ən mötəbər beynəlxalq təşkilatlarının humanitar, multikulturalizmlə bağlı tədbirlərinin ölkəmizdə keçirilməsinin əyani sübut etdiyini qeyd edib. Tədbirdə layihədə fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırılıblar. Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info