M.Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”
Tarix: 30.09.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan torpaqlarının işğalı, insanların öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib”. Bunu təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, ümumilikdə münaqişə nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağılıb: “Məktəb və şagirdlərin hədəf alınması, təmas xəttində atəşkəsin pozulması bu gün də davam edir. Məktəbli Fariz Bədəlovun 2011-ci ildə erməni snayperinin atəşi nəticəsində öldüyünü hamı xatırlayır. Bu ilin aprelində də Ermənistanın atəşkəsi pozması nəticəsində məktəb və şagirdlər hədəfə götürülüb”. Nazir qeyd edib ki, hazırda təhsil müəssisələrinə daxil olan məcburi köçkün və qaçqınların göstəriciləri ölkə üzrə ümumi göstəricilərlə üst-üstə düşür. Onun sözlərinə görə, dövlət ödənişli təhsil müəssisələrinə daxil olan bu şəxslərin ödənişini öz üzərinə götürüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info