Edvard Preskott: “Şərq ölkələri artıq davamlı inkişaf səviyyəsinə görə Qərb dövlətlərini üstələyib”
Tarix: 30.09.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda dəyirmi masa keçirilir. Tədbirdə çıxış edən İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollini bildirib ki, bütün insan fəaliyyəti ətraf mühitə təsir edir: “Hər birimiz istənilən halda ətraf mühitə təsir edirik. Müəssisələr, şirkətlər var ki, onlar bazar şəraitinə uyğunlaşıblar. Enerji məsələsi davamlılığın əsas məğzidir. Hidrokarbonlar dünyada daha çox istifadə olunur. Bunu azaltmaq olar. Tullantıların yenidən istifadə olunması məsələsi, su təminatı və digər məsələlər də ekoloji problemlər yaradır. Ümumiyyətlə, mən düşünürəm ki, bu problemlərin qarşısını almaq üçün iqtisadi qanunlara əməl etmək və gənclərin potensialından istifadə etmək lazımdır".
Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ÜDM istehsalına görə dünya ölkələrinin enerjidən istifadə səviyyəsini müqayisə edib: “Davamlı inkişaf indikatorları əslində sosial indikatorlardır. ÜDM-də enerjidən az istifadə edilərsə, bu, həm ətraf mühitə xeyirdir, həm də qənaətdir. İnkişaf etmiş ölkələrə baxdıqda görürük ki, məsələn, ABŞ-da 1000 dollar səviyyəsində ÜDM istehsal etmək üçün 100 enerji vahidindən istifadə edir. Amma Azərbaycanda bu göstərici 89-dur. Bu göstəricilər innovativ idarəçilik sayəsində mümkün olub”.
ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Edvard Preskott çıxışında şərq ölkələrinin artıq davamlı inkişaf səviyyəsinə görə qərb dövlətlərini üstələdiyini deyib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dünya ölkələrinin ekoloji problemlərlə bağlı xeyli səhvlərə yol verdiyini diqqətə çatdırıb: "Əvvəllər yol verdiyimiz səhvləri təkrar etməməliyik. Məsələn, illərlə müzakirələr keçirilir, “ekoturizm”, “ekoiqtisadiyyat” deyilir. Amma dərinə gedəndə görürsən ki, bunun ekologiyaya heç aidiyyəti yoxdur. Resurslardan düzgün istifadə edilməməsi bizə böyük problemlər yaradıb. Hazırkı dövrdə heç bir ədəbiyyat, təhsil sadə həyatı dəstəkləmir. Bəs onda ekosivilizasiyadan necə danışmaq olar?.."
 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info