Dünya tarixin ən səs-küylü məhkəmə işinin sona çatmasını yad edir
Tarix: 30.09.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Yetmiş il bundan əvvəl, 1946-cı il sentyabrın 30-da bəşəriyyət tarixinin ən səs
küylü məhkəmə işinin – Nürnberq prosesinin hökmü oxunub. Bu, dünyada bütöv ölkə hökuməti - nasist Almaniyası rəhbərliyi üzərində ilk məhkəmə işi olub.
1945-ci il noyabrın 20-də başlayan Nürnberq prosesində 400-dən çox ictimai iclas keçirilib, 360 şahid dindirilib və 200 min yazılı ifadəyə baxılıb. 1946-ci il oktyabrın 1-də Üçüncü Reyxin yanında yüksək vəzifə tutan 22 müttəhim barəsində qərar açıqlanıb. Onlar bütün dünyaya qarşı aqressiv müharibədə və bəşəri cinayətlərdə günahkar bilinib.
Nəticədə 19 nasist, o cümlədən “lyuftvaffe”yə rəhbərlik edən Herman Herinq ölüm hökmünə məhkum olunub. Lakin Herinq cəzasını gözləməyərək özünü öldürüb. Əsas nasist caniləri Hitler, Himmler və Hebbels isə hələ məhkəmə başlamamış, 1945-ci ilin baharında intihar edib. Məhkəmə digərlərinə müxtəlif həbs cəzaları verib, yalnız üç nəfər bəraət qazanıb.
Nürnberq tribunalı 1998-ci ildə yaradılan və soyqırımı, hərbi cinayətləri, həmçinin bəşəriyyətə qarşı cinayətləri araşdıran Beynəlxalq məhkəməyə nümunə olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info