Quba rayonunda Alma bayramı keçiriləcək
Tarix: 30.09.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin son dövrlərdə yerli istehsalın inkişafi ilə əlaqədar həyata keçirdiyi islahatlar respublikamızın hər yerində hiss olunmaqdadır. Eyni zamanda kənd təsərrüfatına ayrılan diqqət sayəsində reginlarda bu sahədə böyük irəliləyişlər əldə olunmaqdadır.
Quba rayonunda artıq 2012-ci ildən etibarən Alma bayramı keçirilir. Bu bayramın keçirilməsində məqsəd rayon ərazisində yetişdirlən ekoloji cəhətdən sağlam meyvələrin, kənd təsərrüfatı məhsullarının geniş kütlələr qarşısında nümayiş olunması, bu məhsulların böyük bazarlarda satışının təşkili, eyni zamanda da kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir.
Bu il oktyabr ayının 8 – də rayonda IV Alma bayramı keçiriləcəkdir. Bu dəfəki bayramın digər bayramlardan fərqli olaraq regional şəkildə keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, şimal zonasında yerləşən qonşu rayonlar da Quba rayonunda keçirələcək IV Alma bayramında iştirak edəcək, bu rayonlarda yetişdirilən meyvə tərəvəzləri, hər rayonun özünəməxsus istehsal sahələrinin ərzaqları və digər məhsulların nümayişi təşkil olunacaqdır.
Eyni zamanda ölkəmizdə hər zaman multikultural dəyərlərə yüksək diqqət və dövlət qayğısı göstərilməkdədir. 2016-cı il ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Multikulturalizm ili elan olunmuş və il ərzində respublikamızın hər yerində olduğu kimi rayonumuzda da geniş tədbirlər keçirilib. Bu baxımdan oktyabrın 8-də keçiriləcək Alma bayramında da hər il olduğu kimi şimal zonasında, xüsusilə də Quba rayonunda yaşayan azsaylı xalqların adət -ənənələri, mədəniyyətləri nümayişi təşkil olunacaqdır.
Bundan başqa rayonun bütün kəndləri, rayon ərazisində fəaliyyət göstərən şirkətlər, sahibkarlıq və istehsal müəssisələri bayram tədbirində geniş şəkildə iştirak edəcək, rayonda turizm sahəsindəki yeniliklər, turizm obyektləri və istirahət guşələri haqqında geniş məlumat proqramları da tədbir iştirakçılarına təqdim ediləcəkdir.
Hazırda rayonda IV Alma bayramına hazırlıq işləri davam edir. IV hissədən ibarət təşkil olunacaq tədbirdə parad, kənd təsərrüfatı sərgisi, müxtəlif alma növlərinin, milli və müxtəlif yeməklərin , şirniyyatlar çeşidlərinin nümayışı nəzərdə tutulub.








 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info