Avropa dünyanın spirtli içkilərə ən çox meyil edən regionudur
Tarix: 30.09.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Avropa regionunda spirtli içkilərə düşkün olmaq ilə bağlı ölüm halları son 25 ildə 4 faiz artıb. Yaşlı əhalisinin adambaşına içdiyi alkoqollu içkilərə görə bu region yenə də dünya lideridir. Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regionunda spirtli içkilərin içilməsi ilə ölüm halları arasında əlaqəni ilk dəfə göstərən yeni məruzə təqdim edib. BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, məruzədə təqdim edilən statistika ölkədən ölkəyə fərqlənir. Məsələn, Şərqi Avropa sakinlərinin içkiyə münasibəti Qərb ölkələrinin əhalisindən fərqlənir.
Eyni zamanda Avropa İttifaqının üzvü olan ölkələrdə lap çox içirlər. Məruzə müəlliflərinin məlumatına görə, bu ölkələrdə yaşı 14-dən çox olan əhalinin beşdəbir hissəsi həftədə azı bir dəfə beş qədəhdən çox spirtli içki içərək lül-qənbər olur. Təəccüblü deyildir ki, bu cür davranış ürək-damar və xərçəng xəstəliklərinə, qaraciyər sirrozuna, habelə qəsdən və ya təsadüfən yetirilən bədən xəsarətlərinə gətirib çıxarır.
Ekspertlər ölkələri spirtli içkidən sui-istifadə hallarının səviyyəsini azaltmağa və əhalinin sağlamlıq durumunu yaxşılaşdırmağa kömək edən tədbirlər görməyə çağırırlar. Spirtli içkilərin satışına məhdudiyyətlərin qoyulması, belə içkilərə görə vergilərin artırılması, reklamının və təbliğinin qadağan edilməsi kimi tədbirlər artıq öz səmərəliliyini sübut edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info