“Hazırda dünya mürəkkəb şəraitdə yaşayır, amma Bakıda gəzəndə, bunu hiss etmirsən”
Tarix: 30.09.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Hazırda dünya mürəkkəb şəraitdə yaşayır, amma Bakıda gəzəndə, bunu hiss etmirsən”.  
 
Bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada çıxışı zamanı deyib.
 
O bildirib ki, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlməklə, Azərbaycan böyük iş görüb: "Biz burada məcburi köçkünlərin problemlərinin həlli baxımından uğurlu bir təcrübənin şahidi oluruq. Azərbaycanda sivilizasiyalararası məsələdə heç bir problem yoxdur. Hazırda dünyada 65 milyon qaçqın və məcburi köçkün var və bu, inanılmaz rəqəmdir. Miqrantlar olduqları ölkələrə inteqrasiya etməli, təhsilə yiyələnməlidirlər. Almaniyadakı hadisələr tənqid olunur, lakin orada miqrantların cəmiyyətə inteqrasiyası modelləri var. Sosial proqramlar olmasa, insan kapitalından söhbət gedə bilməz. Bu baxımdan bugünkü iqtisadiyyat elm, bilik iqtisadiyyatıdır, bizə bilikli adamlar lazımdır.  Miqrantlar əmək prosesinin tərkib hissəsi olmasa, yaxşı heç nə baş verməyəcək. Bəzən miqrantlar “qara” işlər görmək üçün nəzərdə tutulur. Lakin onlar real əmək bazarına cəlb olunmalıdır". 


Tural




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info