Diasporumuzun rəhbəri Yaponiya xarici işlər nazirinin köməkçisi ilə görüşüb
Tarix: 30.09.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Yaponiya Parlamentinin binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Yaponiya Xarici İşlər Nazirinin köməkçisi Takey Şunsuke ilə görüşüb. Görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, hər iki ölkənin regionları arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf potensialı, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Əlibəy Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yaponiyalı iş adamlarının Azərbaycana olan böyük marağı, kənd təsərrüfatı və turizm sahələrində ölkələrimiz arasında inkişaf etməkdə olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar. Ə. Məmmədov vurğulayıb ki, son illər həm Xarici İşlər Nazirlikləri, həm İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində ölkələrimiz arasında olan yaxınlaşma qarşılıqlı anlaşmaya söykənir. Bu istiqamətdə Yaponiyanın Azərbaycanda, Azərbaycanın Yaponiyada daha da yaxından tanıdılması işində diaspora təşkilatının da böyük töhfələr verəcəyi ifadə olunub. Görüşdə Azərbaycan-Yaponiya biznes əlaqələri, Yaponiyanın Miyazaki prefekturası ilə Azərbaycan regionlarının əməkdaşlığı və bu işdə AVC şirkətinin bir nümunə olacağı vurğulanıb. Müzakirənin sonunda Ə. Məmmədov Takey Şunsukeni Azərbaycana səfərə dəvət edib. Takey Şunsuke isə öz növbəsində Azərbaycanın kifayət qədər cəlbedici dövlət olduğunu dilə gətirməklə, şans yaranacağı təqdirdə, böyük sevinc hissi ilə səfər etmək fikrində olduğunu qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info