Fizika üzrə Nobel mükafatçısı: “Bir müddət sonra smartfonlara, kompüterlərə ehtiyac qalmayacaq”
Tarix: 30.09.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın xəbərinə görə, dəyirmi masada "Nüvə texnologiyası və istilik-nüvə enerjisi təhlükəsizliyi məsələləri", "Bərpa olunan enerji sahələri və mənbələrin genişləndirilməsi məsələləri", "Radiasiya, nano və biotexnologiyaların konvergensiyası" kimi mövzular müzakirə edilib.
Dəyirmi masanın moderatoru, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, XXI əsrin çağırışlarına cavab vermək, məsələlərin həlli üçün birgə müzakirə aparılması vacibdir: "XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada bir çox insanın hələ də multikulturalizm modelindən uzaq yaşadığının, siyasi, elmi, ekonomik problemlər səbəbindən bir-birindən ayrıldığının şahid oluruq. Bakı Beynəlxalq Humanitar Forumunda bu problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə olunur”.
A. Əlizadə deyib ki, texnologiyaların konvergensiyası dəqiq sahələrlə yanaşı, humanitar, ictimai, sosial sahələri də əhatə edir: “Bu gün yeni texnologiyaların inkişaf etməsi yeni növ tədqiqatların aparılmasını tələb edir. Dünyada informasiya-kommunikasiya texnologiyaları inkişaf edərək insanların gündəlik həyat tərzinə, dünyagörüşünə təsir göstərir”.
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus bu forumun birgə əməkdaşlığa, müxtəlif məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına, qarşılıqlı münasibətlərin inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Fizika üzrə Nobel mükafatı laureatı Corc F. Smit isə "Bizim çağırışları əks etdirən elmi-texniki inkişaf perspektivləri" barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, yaxın 10 il ərzində bütün dünyada texnologiyalar inkişaf edəcək ki, bu da bir çox sahələrin inkişafına təkan verəcək. Bundan əlavə, 10 ildən sonra dünya ölkələrində pilotsuz maşınlar geniş vüsət alacaq və dünya ölkələrinə yayılacaq: “İnanırıq ki, bu, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da parkinq problemini həll edəcək. Bir müddət sonra smartfonlara, kompüterlərə ehtiyac qalmayacaq. Bunları əvəz edəcək xüsusi eynəklər, yeni cihazlar hazırlanacaq”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info