Azərbaycanla İran gömrükçüləri arasında danışıqlar olub
Tarix: 30.09.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də İranın Astara şəhərində bu ölkənin və Azərbaycanın gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.
 
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir DGK və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
 
Görüşdə İran Astara Gömrük İdarəsinin yeni təyin olunmuş rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov iranlı həmkarı ilə tanışlıqdan məmnunluğunu ifadə edərək ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açan idarə rəisi Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildirib.
 
Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığını diqqətə çatdırıb.
 
Sonra görüşdə Azərbaycan-İran gömrük-buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda, hər iki tərəfdən fiziki şəxslərin gediş-gəlişi üçün şəraitin daha da yaxşılaşdırılması məsələsinə toxunulub. Görüş zamanı, yeni inşa olunan dəmir yolu barədə danışıqlar da aparılıb.
 
Bundan başqa, yüklərə gömrük nəzarəti və gömrük baxışının birgə həyata keçirilməsi məsələləri müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info