Gənclərin gömrük sahəsindəki məqalələrinin yer alacağı jurnal Bakıda çap oluna bilər
Tarix: 30.09.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, fikir mübadiləsi Filippin Respublikasının paytaxtı Manila şəhərində keçirilən Dünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Devid Uiddouson arasında baş tutan görüş zamanı aparılıb.
Görüşdə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Devid Uiddouson Dövlət Gömrük Komitəsinin dəstəyi, Dövlət Gömrük Komitəsi Akademiyası və İNCU-nun Bakı ofisinin təşkilatçılığı ilə bu ilin iyun ayında Qəbələ şəhərində “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransının müvəffəqiyyətlə keçirilməsinə görə Aydın Əliyevə təşəkkürünü ifadə edib. İNCU prezidenti gömrük sahəsində ixtisaslaşacaq gənc mütəxəssislərin və tələbələrin məqalə və elmi araşdırmalarının təqdim olunduğu bu səpkili tədbirlərin keçirilməsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin təqdirəlayiq olduğunu bildirib, bu təcrübənin öyrənilərək gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Devid Uiddouson gələn il keçiriləcək konfransda iştirak edəcək mütəxəssislərin, alimlərin və tələbələrin siyahısının və konfransın proqramının tərtib olunmasında Azərbaycan Gömrük Xidmətinin dəstək göstərməsi təklifi ilə çıxış edib. Bundan başqa konfransda gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın gömrük sahəsində çalışan kadrların potensialının gücləndirilməsi işinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan gömrük xidmətinin INCU-nun nail olmaq istədiyi təşəbbüslərin reallaşmasında, yəni gömrük peşəsinin akademik nüfuzunun təşviq edilməsində maraqlı olduğunu bildirən Aydın Əliyev beynəlxalq ticarətin elmi sahələrinə marağı olan tələbələrin bu sahədə beynəlxalq səviyyədə tanınmış professorlarla tanış olmalarına imkan verəcək tədbirləri məmnuniyyətlə dəstəkləyəcəklərini vurğulayıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info