Bakı dünyanın turizmdə irəliləyişə nail olan ilk 10 şəhəri arasında
Tarix: 30.09.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Səyahət Agentlikləri Assosiasiyasının (ABTA) ölkələr üzrə hər il nəşr etdiyi turizm bələdçi jurnalında Azərbaycan turizminə də xüsusi yer verilib.
Jurnalda xüsusi diqqət çəkən məqam Bakı şəhərinin 2016-cı il üzrə turizm baxımından xüsusi irəliləyişə nail olan və yaxşı perspektiv vəd edən 10 ən aparıcı şəhəri sırasına daxil edilməsidir. Bu siyahıda ikinci yerdə göstərilən Bakının qədim və müasir memarlıq nümunələri haqqında məlumat verilir, son illər ərzində bu şəhərin ev sahibliyi etdiyi mühüm mədəni və idman tədbirlərindən bəhs edilir. Bundan başqa, Quba rayonunda yəhudi icmasının kompakt məskunlaşdığı “Qırmızı Qəsəbə”nin Azərbaycanın dini dözümlülük rəmzi olduğu vurğulanır.
1950-ci ildə təsis edilmiş ABTA Böyük Britaniyanın tur operatorlarını və səyahət agentliklərini özündə birləşdirən ən böyük assosiasiyadır. ABTA-nın nəşr etdiyi “Country by Country” adlı turizm bələdçi kitabçası assosiasiyanın üzvü olan çoxsaylı tur operatorları, səyahət agentlikləri və çoxmilyonlu britaniyalı turist tərəfindən istifadə edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib
22.06.2019
Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunlarının buraxılışı olub
22.06.2019
PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir
22.06.2019
Daşkənddə gömrük məsələləri ilə bağlı iclasda Azərbaycan da təmsil edilib
22.06.2019
Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info