Aviadaşımalar sahəsində bəzi xidmətlər dövlət rüsumundan azad olunur
Tarix: 30.09.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər




Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumu ləğv edilib.
 
Bu qanuna dəyişiklik layihəsi “Dövlət rüsumu haqqında” qanununda da dəyişiklik edilməsini zəruri edib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri də ləğv edilib.
 
İndiyədək İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı.
 
Qeyd edək ki, "Aviasiya haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik dünya maliyyə bazarlarında qeyri-sabit iqtisadi şəraitlə əlaqədar olaraq xarici aviaşirkətlərin yerli daşımalar bazarına cəlb edilməsi və ölkəmizin beynəlxalq hava limanlarından istifadə etməklə tranzit havadaşımalarının həcminin artırılması üçün əlverişli imkanların yaradılması məqsədi ilə hazırlanıb. Layihədə bu imkanların zəruriliyi nəzərə alınaraq İATA-nın “Mülki Aviasiya rüsumu”nun ləğv olunması təklif olunur.
 
Sonda qanun layihələri səsə qoyularaq qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Azeri Light”ın qiyməti bahalaşıb
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info