“Azərbaycanda bütün dinlər və məzhəblər dinc və sülh şəraitində yaşaya bilir”
Tarix: 30.09.2016 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


“Dünyada böyük gərginliyin müşahidə edildiyi vaxtda Bakı Humanitar Forumunun keçirilməsinin böyük əhəmiyyəti var”.
 
Bunu Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıV Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda keçirilən tədbirdə deyib.
 
Komitə sədri bildirib ki, dünyada 80-ə yaxın münaqişə ocaqları var. Həmin münaqişələrin 30-da hər gün insanlar həlak olur. Statistik məlumatlara görə, bu münaqişələrdə həlak olanların sayı 2,5 milyon nəfəri ötüb: “Bu münaqişələrin çoxu dini məzhəblər arasında olan toqquşmalardır. Bu cür münaqişələrə yol verməmək, onları aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan alimlərin, din adamlarının bir araya gələrək bu problemdən necə çıxmaq haqqında fikir mübadiləsi aparmağına böyük ehtiyac var. Lokal toqquşmalar dünyanı böyük fəlakətə gətirib çıxara bilər. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında dərin elmi məzmunu olan çıxış etdi və bildirdi ki, dünyada multikulturalizmin alternativi yoxdur. Varsa, bu ksenofobiya, islamafobiya, antisemitizmdir. Biz buna yol verməmək üçün tolerant dəyərləri geniş şəkildə təşviq və təbliğ etməliyik”.
 
M. Qurbanlı əlavə edib ki, bu sahədə Azərbaycan nümunə və örnək rolunu oynayan ölkələrdəndir: “Azərbaycanda bütün dinlər və məzhəblər dinc və sülh şəraitində yaşaya bilir. Deməli, bunu yaymaq, təbliğ etmək mümkündür. Bunu yaymaq üçün isə bu cür forumların böyük rolu var. Bu forum yalnız multikultural, tolerant dəyərləri həll etmir. Bu, Bakı prosesidir, bu proses davamlı olacaq”.
 


Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info