“Ermənistan kəndləri ölü vəziyyətindədir”
Tarix: 30.09.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Tevos Arşakyan: “Ölkənin böyük şəhərlərində belə, iş yeri tapmaq mümkün deyil. Ölkə rəhbərliyi isə bunları görməyərək, cüzi sosial xərcləri ixtisar etməyə hazırlaşır”

Ermənistandakı aclıq və səfalət məngənəsi daha da daralmaqdadır. Ölkədəki bədbinlik bütün təbəqələrdə müşahidə edilməkdədir. “ArmenianReport”da yayılan məlumat da bunun əyani sübutudur.
Müəllif Tevos Arşakyan yazır ki, Sərkisyan hakimiyyətı xalqı bir qədər rəzil duruma salmağa hazırlaşır. Belə ki, Ermənistan dolmayan büdcəsini xilas etmək üçün təcili olaraq ehtiyac xərclərini azaltmağı təklif edir. Müəllif sual edir- görəsən, sadə xalq bu müddət ərzində nə əldə edib ki, ona da qənaət eləsin? Tevos Arşakyan yazır: “Hökumətə hesabat verən Ermənistanın maliyyə naziri Vardan Aramyan, ölkə iqtisadiyyatının mütləq böhran həddində olduğunu bəyan edib. Onun sözlərinə görə, 2016-ci ildə dövlət borcu ÜDM-in 54.4 faizinə çata bilər. Ona görə də, daha qənaətcil olmaq lazımdır. Maliyyə nazirinin bu çıxışı Ermənistanda vəziyyətin həddində artıq ağır olduğunun sübutudur. Axı, yüksək faizli xarici kreditlər hesabına “xalqı suda boğulmaqdan xilas etməyə çalışmaq” nə vaxta qədər davam edəcək? İqtisadçılar ölkədə islahatlar həyata keçirmək üçün çağırış edərkən, Sərkisyan və onun ətrafı bu çağırışlara heç bir reaksiya vermirlər. Bu da nəticəsi. İndi isə Karapetyan hökumətinin ölkə iqtisadiyyatını bu vəziyyətdən çıxara biləcəyi müəmma kimi görünür. Yeni hökumət fiyaskoya uğramış mövcud iqtisadi model üçün yeni standartlar axtarmaq məcburiyyətindədir. Artıq görünən budur ki, Ermənistanda əhalinin belə yaşayışdan xilas olmaq üçün yolu qalmayıb. Son illər ərzində onlar vəziyyətin yaxşılaşacağı ümidi ilə yalnız “kəmərlərini bərkitməklə” məşğul olublar. Axı, əhalini qənaətcil olmağa çağıran hakimiyyət niyə bu qənaətcilliyi özünə şamil etmək istəmir? Bu vəziyyət uzun müddət davam edə bilməz. Əgər Sərkisyan rejimi vəziyyətin həll yolunu, xalqın vəziyyətinin yaxşılaşdırılması istiqamətində hər hansı bir addım ata bilməsə, Ermənistanda çətin anlar yaşanacaq. Qəribədir, hökumət, xərcləri azaltmaq hesabına ölkə iqtisadiyyatını böhran vəziyyətindən çıxarmağa çalışmağın doğru addım olmadığınu, hələ də dərk etmir. Vardan Aramyan niyə anlamır ki, sosial xərcləri azaltmaq hesabına dövlətin borc problemini həll etmək çıxış yolu deyil. Hələ ki, xalq öz narazılığını çörəkpulu qazanmaq üçün xarici ölkələrə miqrasiya etməklə nümayiş etdirir. Axı, onlar üçün başqa çıxış yolu saxlanılmayıb. Xalq nə etməlidir? Erməni kəndləri ölü vəziyyətindədir. Ölkənin böyük şəhərlərində belə, iş yeri tapmaq mümkün deyil. Ölkə rəhbərliyi isə bunları görməyərək, cüzi sosial xərcləri ixtisar etməyə hazırlaşır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info