Milli Məclis “Kredit borcları haqqında“ qanun layihəsini müzakirə edəcək (Yenilənib)
Tarix: 01.10.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Milli Məclisin 2016-cı ildə payız sessiyasının ilk plenar iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Plenar iclasın gündəliyinə 31 məsələ daxil edilib. İlk olaraq Milli Məclis bir sıra dövlətlərlə imzalanan sənədləri ratifikasiya edib.
Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.
Qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir. Bunlar Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı", "Kinematoqrafiya haqqında", "Psixoloji yardım haqqında", "Kredit borcları haqqında", “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir. Eyni zamanda "Normativ hüquqi aktlar haqqında" qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Bundan başqa, Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında bəzi qanunlara dəyişikliklə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.
Bunlar "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələridir. Sonda qanun layihəsi səs qoyularaq qəbul edilib.

Prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılır
Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. Bununla bağlı Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib. Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir. Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir. Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir. Layihədə o da qeyd olunur ki, sənəd Azərbaycan dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədi ilə təqdim olunub.
Layihə səsə qoyularaq qəbul olunub.

Nəqliyyat vasitələrinin idarəetmə hüququndan 65 yaşdan yuxarı sürücülər yararlana bilməyəcəklər
Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə götürüləcək.
“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir. Bundan başqa, “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan hesablanmaq şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti əsas götürüləcək.
Digər əlavəyə görə isə “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanmaq şərt ilə paralel olaraq, 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək. Layihə səsə qoyularaq qəbul olunub. Milli Məclisinin iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib.

Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edilib
İclasda “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq qəbul olunub. Sənəddə bildirilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub: “Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərin qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.
Bu il sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib. Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq, Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015-ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11-ci maddələri qüvvədən düşmüş sayır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info