“Mərhələ keçmək üçün şansımız var“
Tarix: 01.10.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


“Çox ağır oyun oldu. Hesabda geri düşsək də, vəziyyəti düzəldib, tarazlıq yaratdıq. Hətta önə də keçdik. Artıq 2:1 hesabı ilə irəlidə olarkən, 3-cü qol vurmağa çalışır, qələbəni qoruyacağımıza, qalib gələcəyimizə inanırdıq. Lakin təəssüflər olsun ki, bunu bacarmadıq".
Bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Maynts"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, rəqibin çox güclü olduğunu bildirib: "Xüsusilə də fiziki cəhətdən. Məğlub duruma düşdükdən sonra xeyli artırdılar və matçı öz xeyirlərinə dəyişdilər. “Maynts” bundesliqa klubudur. Heyətində çox güclü futbolçular var. Onlar çempionatda “Bavariya”, Dortmund “Borussiya”sı kimi rəqiblərlə oynayır”. Komandaya yeni qoşulmasına baxmayaraq, məsuliyyəti üzərinə götürən R.Qurbanov penaltini soyuqqanlılıqla qola çevirməsini özünəinamla bağlayıb: “Matçdan öncə baş məşqçimiz penalti olacağı halda, zərbəni kimin vuracağını demişdi. Həmin anda mən sakit, həyəcansız idim. Özümə inanırdım. Yeni klubumda 11 metrlik zərbənin mənə həvalə olunması sevindiricidir. Bu etimada görə baş məşqçimizə təşəkkür edirəm. Zərbəni yerinə yetirərkən, son addımımda qapıçının bir küncə hərəkət etdiyini gördüm və artıq qol vurmaq asan oldu. Baş məşqçimizin komandanın oyunundan razı olması yaxşıdır. Lakin öz oyunumdan tam razı qalmadım. Bunda rəqibin də rolu oldu. Çox güclü komanda olduğundan bütün meydanı bağlamışdılar. Biz boşluqlar axtarmağa məcbur idik. Çalışacam ki, üzərimdə işləyib, oyun planında daha da artırım”. R.Qurbanovun fikrincə, ilk iki matçda məğlubiyyətə baxmayaraq, qrup mərhələsində uğurla çıxış etmək şansları itirilməyib: “Mərhələ keçmək üçün hələ şansımız var. Arxada qalan oyunları yaxşı təhlil edəcəyik. Səhvlərimizi müəyyənləşdirəcəyik ki, bir daha təkrarlamayaq. Belə olan halda nəticə də qazana bilərik”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info