Yeniyetmələr arasında milli musiqinin təbliği ilə bağlı layihə yekunlaşıb
Tarix: 01.10.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Səbinə Novruzzadə tərəfindən həyata keçirilən “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin yekun tədbiri Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Yusif Mirzəyev adına 44 saylı orta məktəbdə baş tutub. Lahihənin icraçısı Səbinə Novruzzadə deyib ki, bu gün Azərbaycan höküməti tərəfindən milli musiqinin təbliği ilə bağlı ciddi addımlar atılsada hələ də yeniyetmələr arasında milli musiqinin təbliğinə hələ də ehtiyac vardır. Bu məqsədlə Bakı şəhərində yaşayan yeniyetmələri maarifləndirmək üçün təlim formatında tədbir keçirməyi planlaşdırdım. Bu tədbirlərin məqsədi milli musiqimizin yeniyetmələr arasında sevdirilməsinə atılan bir addımdır. S.Novruzzadə qeyd edib ki, Üzeyir Hacıbəyov tərəfindən XX əsr milli musiqimizin professional təməli qoyulandan sonra onun çox böyük inkişaf dövrü başladı və Azərbaycan mədəniyyəti, ələlxüsus da Azərbaycan milli musiqi mədəniyyəti yüksək səviyyəyə çatdı. Yusif Mirzəyev adına 44 saylı orta məktəbin direktoru Samirə Əkbərova sözügedən layihənin əhəmiyyətindən danışaraq, gənc nəslin milli mədəniyyətimizin bir hissəsi olan musiqimizlə bağlı maarifləndirilməsinin vacibliyini önə çəkib və bu layihənin məqsədlərindən irəli gələrək yeniyetmələrimizin milli musiqimizlə əlaqədar bilgiləndirilməsi çox vacib məsələ olduğunu qeyd edib. Natiq çıxışında milli musiqimizin gənclər arasında ardıcıl təbliğinin davamlı olmasını tövsiyə edib. Daha sonra tədbirdə iştirak edən Nəsimi rayon İcra Hkimiyyətinin məsul işçiləri Niyaməddin Cəfərov və Oran Əzizov öz çıxışlarında dünyada milli kimliyi, milli dəyərləri qorumağın yollarından biri də milli musiqimizin mühafizə və təbliğ edilməsini qeyd ediblər. Bu isə analoji layihələrin daha geniş miqyasda icrasını qaçılmaz edir. Onlar yeniyetmə və gənclərimizin formalaşmasında milli musiqimizin özünə məxsus təsirinin olduğunu vurğulayıblar. Sonda layihə rəhbəri verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib. Tədbirdə iştirak edənlərə sertifikatlar paylanılıb və xatirə şəkili çəkilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info