DAA Ukrayna Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət etdi
Tarix: 03.10.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Assambleyası (DAA)Ukrayna Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Ukrayna daxili işlər naziri Arsen Avakyan, hörmətli Yuriy Lucenko. Son günlər müxəlif mənbələrdən daxil olan məlumatlara görə Ukraynada azərbaycanlı milliyyətindən olan iş adamlarına, qarşı, təqib və təzyiq kampaniyası , mənsubiyyəti azərbaycanlı olanlara qarşı cinayət halları artmaqdadır. Bu cür hallar Ukraynanın beynəlxalq nüfuzuna zərbə vurmaqdadır. Ukrayna vətəndaşlarının, o cümlədən Ukraynada yaşayan müxtəlif milli azlıqların hüquqlarının qorunmasının təmin edilməsi bir ölkə olaraq beynəlxalq təşkilatlar qarşısında Ukraynanın birbaşa öhdəliyidir necə ki, Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" beynəlxalq öhdəliyi həyata keçirməklə bağlı konvensiyanı imzalamışdır. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də Ukrayna əməl etmə vəzifəsini üzərinə götürmüşdür. Bu konvensiyaya görə üzv dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir. Bu baxımdan biz Ukraynanı həm daxili qanunlarına həm də imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirməyə və cinayətarları araşdırıb tapmağa , təcili tədbirlər görməyə çağırırıq. Hörmətlə , Rəşad Quliyev Dünya Azərbaycanlıları Assambleyasının prezidenti”




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info