Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib
Tarix: 03.10.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib. Festivalın açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas,Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, millət vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev açaraq, qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib.
Gəncənin güclü rəqiblər arasından Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, bu, Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib.
Tədbirin rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, ilk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqçisi, əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqçisi, əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İH başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.
 
“Avropa Gənclər Festivalı” layihəsi Gəncəçay Park Bulvar Kompleksində və Heydər Əliyev park-kompleksində yerləşən Gənclər Evinin qarşısında davam edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info