“Gələn ilin büdcə layihəsində nəzərdə tutulan proqnozun öhdəsindən gələcəyik”
Tarix: 03.10.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsi qarşısında illik 1 mlrd. 810 mln. manat proqnoz tapşırığı mövcuddur. Bu ilin oktyabr ayının 1-nə 1 mlrd. 653 mln. manat proqnoz tapşırığı artıqlaması ilə yerinə yetirilib.
Bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
 
Onun sözlərinə görə, bu artıqlama 20%-dən yuxarıdır: “Yalnız oktyabr ayı üzrə büdcəyə çatan vəsait 41% artıqlaması ilə yerinə yetirilib. Bu da onu göstərir ki, bu il büdcə proqnozunu bəlkə də oktyabr ayında tam yerinə yetirəcəyik və fəaliyyətimiz növbəti ayların proqnoz tapşırığının daha da artıq yerinə yetirilməsi ilə bağlı olacaq”.  
 
A. Əliyev gələn il üçün büdcə proqnozunun artırılması məsələsinə də toxunub: “İnvestisiya və digər sahələrlə bağlı bəzi imtiyazlar qəbul olunub. Amma buna baxmayaraq ümid edirik ki, gələn ilin büdcə layihəsində nəzərdə tutulan proqnozun - 2 mlrd. 200 mln. manatlıq ödənişin də öhdəsindən gələcəyik”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info