İtaliyanın 3 universiteti ilə əməkdaşlıq ediləcək 
Tarix: 03.10.2016 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş kecirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilən məlumata görə, idman tədrisi sahəsində təcrübəni bölüşmək və gələcək əməkdaşlıq haqqında imkanları müzakirə etmək məqsədilə keçirilən görüşün nəticəsi olaraq məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekular biologiya sahəsində adaptiv mexanizmlərin mükəmmələşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, Akademiyada elmi-tədris laboratoriyanın yaradılması, məhdud fiziki imkanları olan tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri geniş müzakirə edilib. Qonaqlar Azərbaycanın son illər ərzində qazandığı idman uğurlarının ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıb, Bakı – 2015 Birinci Avropa Oyunları, əlalxüsus da Formula – 1 Avropa Qran Prisinin Azərbaycanda keçirilməsinin Vətənimizin idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynadığını xüsusilə qeyd ediblər.
Qeyd edək ki, son zamanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarus və s. ölkələrə ezam edilib, qarşılıqlı əməkdaşlıq əlaqələrini yaradıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info