“Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”
Tarix: 03.10.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


“Şox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.
Bunu Azərbaycanda səfərdə olan Latviya seyminin sədri İnara Murnietse deyib. 
Azərbaycana səfərinin məqsədi barədə danışan seym sədri deyib ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlıdır: “Biz Avropa İttifaqının üzvü olaraq Şərq tərəfdaşlığı məsələsini daim diqqətdə saxlayırıq. Latviya 2015-ci ildən etibarən Avropa İttifaqı şurasına rəhbərlik edir. Rəhbərlik müddətində Şərq tərəfdaşlığı ölkələri ilə münasibətləri yüksək səviyyədə izləməyə çalışırıq”. 
İnara Murnietse bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə xalqlar arasındakı münasibətləri, bundan başqa, iqtisadi, təhsil, sosial sahədə əlaqələri inkişaf etdirmək barədə müzakirələr aparıblar: “Latviya dəniz  və hava nəqliyyatı sahəsində tranzit  mövqedə yerləşdiyi üçün Azərbaycanla bu sahədə də münasibətləri inkişaf etdirə bilərik”.
 
Latviya seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info