Gömrük Akademiyası “Rentgen (X-Ray) sistemi ” üzrə təlim təşkil edir
Tarix: 03.10.2016 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ölkəmizdə ilk dəfə “HI-SCAN Hitrax II baxış-rentgen sistemlərinin istifadəsi” üzrə təlim təşkil edir. 10 – 15 oktyabr tarixlərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində keçiriləcək ödənişli təlimin əsas məqsədi, beynəlxalq təcrübədə geniş istifadə olunan baxış-rentgen sistemlərinin istifadəsi üzrə ölkəmizdə peşəkar mütəxəssislər hazırlamaq, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud operatorlarının bilik və bacarıqlarını daha da artırmaqdır.
Müasir metodlara uyğun olaraq kiçik qruplarla (maksimum 6-8 nəfər), auditoriya daxili eləcə də auditoriyadan kənar keçiriləcək təlimlərdə “SMITH HEIMANN” şirkətinin beynəlxalq dərəcəli təlimçiləri təlim iştirakçılarını baxış-rentgen texnikasının əsas xüsusiyyətləri, iş prinsipləri və onlardan istifadə qaydaları ilə tanış edəcəklər.
Akademiya müvafiq sahədə ali təhsilə malik (texniki ixtisaslara üstünlük veriləcək), kompüter bacarıqları ən azı istifadəçi səviyyəsində olan, ingilis və ya rus dilini orta səviyyədə bilənləri təlimdə iştirak etməyə dəvət edir. Təlimdə iştirak etmək üçün öz CV-zi anar.memmedov@customs.gov.az e–poçt ünvanına oktyabrın 7-nə qədər göndərə bilərsiniz. Təlim iştirakçıları şifahi müsahibə nəticəsində seçiləcək.
Qeyd edirik ki, təlimin sonunda kursu uğurla bitirən iştirakçılar “SMITH DETECTION” şirkətinin sertifikatı ilə təltif olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info