DSX ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Tarix: 03.10.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Tacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini, polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır.
Nümayəndə heyəti ilə DSX-nin Aparatında keçirilən görüşdə Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilib. Həmçinin Azərbaycanın dövlət sərhədləri və mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Xidmətin strukturu, əsas vəzifə və tapşırıqları, narkotiklərin daşınması, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, sərhəd mühafizəsində istifadə olunan texniki vasitələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, DSX-nin beynəlxalq əlaqələri, digər ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri və müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər qonaqların diqqətinə çatdırılıb.
Tacikistan nümayəndələri öz növbəsində Sərhəd Qoşunlarının strukturu, vəzifələri və fəaliyyəti, eləcə də Tacikistan-Əfqanıstan sərhədindəki mövcud əməliyyat şəraitinə dair təqdimatla çıxış ediblər.
Səfər çərçivəsində qonaqlar Azərbaycanın cənub sərhədlərinə səfər edib, mövcud vəziyyətlə, narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında istifadə olunan texniki avadanlıq və xüsusi texniki vasitələrlə, bu sahədə işin xüsusiyyətləri və üsulları ilə tanış olub, təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin DSX Aparatının struktur bölmələri, DSX Akademiyası, Xüsusi Məktəb, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış olublar. Qonaqlar Bakıda keçirilən “ADEX-2016” sərgisini də ziyarət ediblər.
Səfər çərçivəsində Tacikistan nümayəndələri narkotik vasitələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Dövlət Sərhəd Xidmətinin təcrübəsi ilə yaxından tanış olub, bu və digər sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info