Uilyam Mallinson: «ABŞ «İslam dövləti» ilə mübarizə adı altında terrorçuları silahlandırır»
Tarix: 03.10.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Uilyam Mallinson:
«ABŞ «İslam dövləti» ilə mübarizə adı altında terrorçuları silahlandırır»

Britaniyanın sabiq diplomatı, politoloq Uilyam Mallinson ABŞ Dövlət Departamentinin ritorikasını, bu ölkənin Suriyada Rusiya ilə əməkdaşlıqdan imtina təhdidini təhlil edərək iddia edir ki, Vaşinqton regionda terrorla mübarizə görüntüsü yaratsa da, əslində o, öz müttəfiqləri vasitəsilə terrorçuları silahla təmin edir. Mallinsona görə, əgər Donald Tramp ABŞ seçkilərində qələbə qazanacağı halda, o Suriya böhranına qısa müddətdə son verəcək.
«Rusiya hələ də Suriyada sülh və sabitliyə nail olmaq üçün çalışır. Amma Rusiyadan fərqli olaraq, ABŞ və onun bölgədəki müttəfiqləri ikili siyasət yeritməkdə davam edirlər. Onlar «İslam dövləti»lə mübarizə adı altında terrorçuları silahlandırrırlar. Bütün bunlar, cəfəngiyyatdan uzaq, düşünülmüş bir siyasətdir» -deyə politoloq bəyan edir.
Mallinson bir müddət bundan əvvəl ABŞ, Britaniya və Danimarka təyyarələrinin zərbəsi nəticəsində 62 suriyalı hərbçinin öldürülməsini xatırladaraq, bunun ekstremistlərin əli ilə qəsdən hazırlanmış və düşünülmüş oyun olduğunu bildirir.
Bundan başqa, Suriya üzrə Rusiya ilə əməkdaşlığı kəsməklə təhdid edən ABŞ Dövlət Departamentinin bəyanatını şərh edən diplomat ABŞ-ın bu tələbini qeyri-peşəkarlıq və diplomatiyadan uzaq bir siyasət kimi dəyərləndirir: «Bu bəyanat təhlükəni xatırladır və Sergey Lavrovun davranışı ilə güclü ziddiyyət təşkil edir.

“Hazırda amerikalılar terroçulara dəstək verirlər. Bu, hələ İraq münaqişəsi dövründən bəlli idi. Lakin bu da məlumdur ki, gec və ya tez, istər ABŞ, istərsə də Britaniya silahlıları bu əraziləri tərk etmək məcburiyyətində qalacaqlar”

Rusiya xarici işlər naziri həqiqətən peşəkar diplomatdır. ABŞ-ın bəyanatı soyuq müharibənin ritorikasından xəbər verir. Bununla yanaşı, bu, özündə hər şeydən əvvəl iki şeyi əks etdirir: bunlardan birincisi və bəlkə də ən önəmlisi Vaşinqtonun məğlubiyyətindən xəbər verir. İkincisi isə, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Hillari Klintonun qələbəsinə ritorika nümayiş etdirən Dövlət Departamentinin bir çox əməkdaşları gələcəkdə öz karyeralarında yeni vəzifə tutmağa ümid edirlər».
Trampın «ABŞ hərbi-sənaye kompleksinin bir hissəsi» olmadığını xatırladan Mallinson onun hakimiyyətə gələcəyi təqdirdə, Suriyadakı müharibəyə tezliklə son verəcəyini bildirir. Mallinson bunu, «Trampın uğurlu iş adamı olması və bu silahlı qarşıdurmanın ABŞ-a böyük vəsait hesabına başa gəldiyini anlaması» ilə izah edir: «Hazırda amerikalılar terroçulara dəstək verirlər. Bu, hələ İraq münaqişəsi dövründə də bəlli idi. Lakin bu da məlumdur ki, gec və ya tez, istər ABŞ, istərsə də Britaniya silahlıları bu əraziləri tərk etmək məcburiyyətində qalacaqlar. Suriyaya isə sabitlik gətirə bilən yalnız bir ölkə- Rusiya Əsədin qanuni hökumətini dəstəkləməkdə davam edəcək».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info